Azərbaycan Texnologiya Universitetində (ATU) növbəti Tyutor hazırlığı üzrə sertifikat proqramına sənəd qəbulu elan olunur.
Sertifikat proqramının məqsədi tədris prosesində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır. Tədris prosesinin bütün mərhələlərini əhatə edən proqram təcrübəli ekspertlər tərəfindən aparılacaq.
Sənəd qəbulunun müddəti 19 oktyabr 2026-cı il tarixinə qədərdir.
Qeyd edək ki, proqram çərçivəsində universitet tyutorlarının təkmilləşdirməsi də nəzərdə tutulub.
Proqramın yekununda nəticəsi 91-100 bal arası olan namizədlərə “Fərqlənmə”, 51-90 arası olan namizədlərə “Adi”, 50 və 50-dən aşağı olan namizədlərə isə “Dinləyici” sertifikatı təqdim olunacaq.
Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Rektorun adına ərizə
-Ali təhsil haqqında sənədin (diplomun) surəti
-3×4 sm ölçüdə 1 ədəd fotoşəkil
-Şəxsiyyət vəsiqəsinin surəti
Əlaqə: (+994) 55 716 41 11 Kəmalə Əsgərova
4-5 noyabr 2026-cı il tarixlərində Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.
- Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:
- Qida mühəndisliyi və texnologiyaları
- Rəqəmsal texnologiyalar
- Dizayn və sənaye texnologiyaları
- Mexanika və nəqliyyat texnologiyaları
- Kimya və metallurgiya mühəndisliyi
- Rəqəmsal iqtisadiyyat və idarəetmə
- Turizm sənayesinin təşkili
- Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf
- Fundamental elmlər
- Multikultural təhsildə innovativ texnologiyalar
- Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:
- Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;
- Mətn “Microsoft Word” redaktorunda Arial şrifti ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatında hazırlanmalıdır;
- Konfrans materialının mətni 3 səhifədən çox olmamalıdır;
- Mətnin ortasında materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı (hər biri qalın şrift ilə) yazılır, sonra isə mötərizədə təqdim edilən materialın konfransın hansı bölməsinə aid olduğu mütləq qeyd edilir.
v Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:
- İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir.
- İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.
- İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş elmi əsərlərin olması arzuolunandır.
- İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsvirinə aid nümunələrlə verilmiş link vasitəsilə (Əlavə 4.1 - https://aak.gov.az/single/492) tanış ola bilərsiniz.
- Konfrans materialının sonunda İngilis dilində xülasə və açar sözlər verilir. Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasə elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.
- Bir müəllif tərəfindən təqdim edilən konfrans materiallarının ümumi sayı üçdən artıq olmamalıdır.
- Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığına, elmi yeniliyinə müəlliflər cavabdehdirlər.
- Bu tələbləri ödəməyən konfrans materialları Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Tələblər ödənildikdə isə materialın redaksiya heyətinə ötürülməsi haqqında məlumat verilir.
- Çıxış üçün qəbul edilən konfrans materialları haqqında məlumat müəlliflərə konfransa ən geci 4 gün qalmış, yəni 31 oktyabr 2026-cı il tarixinədək göndərilir.
- Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir.
- Konfrans materialları 4 dekabr tarixindənədək PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdiriləcək.
-Konfransda iştirak ATU-nun doktorantları, dissertantları, magistrantları və əməkdaşları üçün ödənişsizdir. Digər iştirakçılar tərəfindən konfrans materialının hər səhifəsi üçün 5 manat ödənilməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır.
vÖdəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ PUBLİK HÜQUQİ ŞƏXS
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
-Konfrans materialları 15 oktyabr 2026-cı ildən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel:(022)2680046
e-mail: conference@atu.edu.az
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 24-dən 30-dək ixtisaslaşma seçimi elan edir.
Azərbaycan Texnologiya Universitetinin magistratura səviyyəsi üzrə boş qalan plan yerləri aşağıdakı kimidir:
Dizayn
• Tekstil dizaynı* — 1 yer (1550 AZN)
• Sənaye dizaynı* — 2 yer (1550 AZN)
Beynəlxalq ticarət və logistika
• Gömrük işi* — 5 yer (1450 AZN)
Biznesin idarə edilməsi
• Beynəlxalq biznesin idarə edilməsi* — 2 yer (1450 AZN)
Biznesin təşkili və idarə edilməsi (MBA)
• Marketinq (MBA) — 5 yer (1750 AZN)
• Risklərin idarə edilməsi — 7 yer (1750 AZN)
• Rəqəmsal marketinq* — 5 yer (1750 AZN)
• Mühasibat (MBA) — 6 yer (1750 AZN)
• Turizm və hotelçiliyin idarə edilməsi* — 5 yer (1750 AZN)
Dövlət və bələdiyyə idarəetməsi
• Regional idarəetmə — 2 yer (1450 AZN)
• Dövlət proqramlarının və layihələrin idarə edilməsi* — 3 yer (1450 AZN)
Marketinq
• Strateji marketinq — 2 yer (1450 AZN)
• Xidmət sahələrinin marketinqi — 2 yer (1450 AZN)
Menecment
• İnnovasiya menecmenti — 1 yer (1450 AZN)
• İstehsal və əməliyyat menecmenti — 3 yer (1450 AZN)
• Strateji menecment — 3 yer (1450 AZN)
• Korporativ menecment — 3 yer (1450 AZN)
Ekologiya mühəndisliyi
• Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması — 5 yer (1450 AZN)
• Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması*** — 3 yer (1500 AZN)
• Tullantıların emal texnologiyaları (sahələr üzrə) — 3 yer (1450 AZN)
• Su ehtiyatlarının idarə olunması və mühafizəsi — 3 yer (1450 AZN)
Qida mühəndisliyi
• Qida təhlükəsizliyi və risklərin idarə edilməsi — 2 yer (1450 AZN)
• Qida istehsalının idarə edilməsi — 7 yer (1450 AZN)
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
• Nəqliyyat logistikası** (ingilis dilində) — 2 yer (1500 AZN)
Metallurgiya mühəndisliyi
• Əlvan və nadir metalların metallurgiyası — 2 yer (1450 AZN)
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
• Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə) — 2 yer (1550 AZN)
Şərabçılıq
• Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası — 10 yer (1450 AZN)
• Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası — 3 yer (1450 AZN)
Turizm və hotelçilik
• Turizm və sosial-mədəni servis* — 6 yer (1550 AZN)
*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.
Kadr hazırlığı Polşa Respublikasının Bialystok Texnologiya Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır.
Kadr hazırlığı Macarıstan Respublikasının Sopron Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır.
İxtisaslaşma seçimi: 24–30 avqust 2026-cı il
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Ətraflı: https://shorturl.at/P6BKy
15–16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçiriləcəkdir.
Konfrans gənc alimlərə elmi tədqiqatlarının nəticələrini təqdim etmək, aktual elmi problemləri müzakirə etmək, yeni əməkdaşlıqlar qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı yaradacaq.
📌 Məqalə və tezislərin son qəbul tarixi: 1 oktyabr 2026
📌 İştirak ödənişsizdir.
📞 Əlaqələndirici şəxs: Çapay Quliyev – Magistratura və Doktorantura Mərkəzinin direktoru
☎️ Əlaqə: +994 51 325 11 11
🌐 Ətraflı məlumat: https://nasco.ndu.edu.az/az/
Azərbaycan Texnologiya Univeristetinin 2026/2027-ci tədris ilinin magistratura səviyyəsi üzrə boş qalan plan yerləri
7003005 Dizayn
Tekstil dizaynı* - 1 yer (1550 AZN)
Sənaye dizaynı* - 2 yer (1550 AZN)
7004001 Beynəlxalq ticarət və logistika
Gömrük işi* - 5 yer (1450 AZN)
7004002 Biznesin idarə edilməsi
Beynəlxalq biznesin idarə edilməsi* - 2 yer (1450 AZN)
7004003 Biznesin təşkili və idarə edilməsi (MBA)
Marketinq (MBA) - 5 yer (1750 AZN)
Risklərin idarə edilməsi 7 yer (1750 AZN)
Rəqəmsal marketinq* - 5 yer (1750 AZN)
Mühasibat (MBA) - 6 yer (1750 AZN)
Turizm və hotelçiliyin idarə edilməsi* - 5 yer (1750 AZN)
7004004 Dövlət və bələdiyyə idarəetməsi
Regional idarəetmə - 2 yer (1450 AZN)
Dövlət proqramlarının və layihələrin idarə edilməsi* - 3 yer (1450 AZN)
7004007 Marketinq
Strateji marketinq - 2 yer (1450 AZN)
Xidmət sahələrinin marketinqi - 2 yer (1450 AZN)
7004008 Menecment
İnnovasiya menecmenti - 1 yer (1450 AZN)
İstehsal və əməliyyat menecmenti - 3 yer (1450 AZN)
Strateji menecment - 3 yer (1450 AZN)
Korporativ menecment - 3 yer (1450 AZN)
7006007 Ekologiya mühəndisliyi
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması - 5 yer (1450 AZN)
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması*** - 3 yer (1500 AZN)
Tullantıların emal texnologiyaları (sahələr üzrə) - 3 yer (1450 AZN)
Su ehtiyatlarının idarə olunması və mühafizəsi - 3 yer (1450 AZN)
7006023 Qida mühəndisliyi
Qida təhlükəsizliyi və risklərin idarə edilməsi - 2 yer (1450 AZN)
Qida istehsalının idarə edilməsi - 7 yer (1450 AZN)
7006024 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Nəqliyyat logistikası** ingilis dilində - 2 yer (1500 AZN)
7006031 Metallurgiya mühəndisliyi
Əlvan və nadir metalların metallurgiyası - 2 yer (1450 AZN)
7006038 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə) - 2 yer (1550 AZN)
7006042 Şərabçılıq
Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası - 10 yer (1450 AZN)
Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası - 3 yer (1450 AZN)
7008004 Turizm və hotelçilik
Turizm və sosial-mədəni servis* - 6 yer (1550 AZN)
*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.
**Kadr hazırlığı Polşa Respublikasının Bialystok Texnologiya Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Polşa Respublikasının Bialystok Texnologiya Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.
***Kadr hazırlığı Macarıstan Respublikasının Sopron Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Macarıstan Respublikasının Sopron Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.