Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov 2024/2025-ci tədris ilinə hazırlıqla bağlı iclas keçirib. İclasda rəhbər heyət, dekanlar, kafedra müdirləri, mərkəz və şöbə müdirləri iştirak edib.
İclas çərçivəsində ATU-nun elmi işlər üzrə prorektor əvəzi, elm və innovasiya üzrə müşavir Sahil Həmidov və Magistratura və doktorantura şöbəsinin yeni müdiri Eldəniz Bayramov kollektivə təqdim edilib.
Daha sonra Y.Ömərov iclas iştirakçılarını yeni tədris ilinin başlanması ilə əlaqədar təbrik edib, bakalavr və magistr qəbulunun nəticələri barədə qısa məlumat verib.
İclas zamanı dərs yüklərinin və dərs cədvəllərinin vaxtında hazırlanması, vaxtında təqdim olunması və yeni dərs ilində qarşıda duran digər məsələlərin icrası ilə bağlı tapşırıqlar verilib.