🎓 Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Forumu çərçivəsində tanınmış iqtisadçı Fərhad Pərvizi ilə görüş keçiriləcək. Görüş 15 may 2026-cı il tarixində saat 11:00-da baş tutacaq.

💼 Tədbir zamanı iqtisadi sahədə mövcud karyera imkanları, əmək bazarının aktual tələbləri, peşəkar inkişaf istiqamətləri və gənclərin uğur qazanması üçün vacib məqamlar ətrafında müzakirələr aparılacaq.

📈 İqtisadiyyat sahəsinə maraq göstərən tələbələr və gənc mütəxəssislər üçün faydalı olacaq görüşdə iştirakçılar öz suallarını ünvanlandırmaq və peşəkar tövsiyələr almaq imkanı əldə edəcəklər.