Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Basketbol Federasiyası və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş region ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə regional turnir keçiriləcək.
 
Rəsmi açılış mərasimi 20 may tarixində Gəncə İdman Sarayında saat 11:00-da baş tutacaqdır.
 
⛹️‍♂️ Basketbol turniri iki gün davam edəcək. Hər kəsi turniri izləməyə və tələbə komandalarına dəstək olmağa dəvət edirik!