Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul planlarına”na əsasən Azərbaycan Texnologiya Universiteti üçün digər ali təhsil müəssisələri və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə məqsədli doktorant yerləri ayrılıb.
Doktoranturaya sənədlərin qəbulu 09 iyun 2026-cı il tarixinədək davam edəcək və “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS)” vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya qəbul olmaq istəyən şəxslər Azərbaycan Texnologiya Universitetindən razılıq məktubu əldə etməli, https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.
ATU üçün ayrılmış məqsədli doktorant yerlərinin sayı, eləcə də yerlərin ayrıldığı ali təhsil müəssisələri və elmi tədqiqat institutları barədə ətraflı məlumatı Doktorant yerləri linkindən yükləyə bilərsiniz. Həmçinin məlumatla aşağıdakı cədvəldən də tanış olmaq mümkündür.
|
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Plan yeri
|
Məqsədli doktorant yerinin ayrıldığı ali təhsil müəssisəsi və elmi tədqiqat institutu |
Məlumat əldə etmək üçün link |
|
5304.01 |
İqtisadi fəaliyyət növləri |
1 (əyani) |
Bakı Dövlət Universiteti
|
http://md.bsu.edu.az/az/announcement/183
|
|
5312.01 |
Sahə iqtisadiyyatı |
1 (qiyabi) |
||
|
5311.01 |
Müəssisələrin təşkili və idarə olunması |
1 (qiyabi) |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
https://asoiu.edu.az/single_event/3025
|
|
3337.01 |
İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) |
1 (qiyabi) |
Azərbaycan Texniki Universiteti |
|
|
3309.01 |
Qida məhsullarının texnologiyası |
1 (əyani) |
Azərbaycan Dövlət İqtisad Universiteti |
|
|
6217.01 |
Texniki estetika və dizayn |
1 (qiyabi) |
Azərbaycan Memarlıq və İnşaat Universiteti |
|
|
3339.01 |
İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi |
1 (qiyabi) |
İnformasiya Texnologiyaları İnstitutu |