Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

MAGİSTR İXTİSASLARI üzrə PLAN YERLƏRİ

Azərbaycan Texnologiya Universitetində 2020/21-ci qəbul ili üçün MAGİSTR İXTİSASLARI üzrə PLAN YERLƏRİ   Dizayn* 4 yer - 1200 AZN Dizayn və texniki estetika 4 yer   Mühasibat uçotu və audit* 10 yer - 1200 AZN Xidmət sferasında mühasibat uçotu və audit 10 yer   Sənayenin təşkili və idarə edilməsi* 7 yer - 1200 AZN İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (qida və yüngül sənaye üzrə) 7 yer   Menecment 6 yer - 1200 AZN Menecment (sahələr üzrə) 3 yerİnnovasiyaların və layihələrin idarə olunması 3 yer   Marketinq 4 yer - 1200 AZN Marketinq (sahələr üzrə) 4 yer   Dövlət və bələdiyyə idarəetməsi 6 yer - 1200 AZN Dövlət strukturlarında menecment 2 yerDövlət proqramlarının və layihələrinin idarə edilməsi 2 yerElektron idarəetmə 2 yer   Metallurgiya mühəndisliyi 3 yer - 1200 AZN Əlvan və nadir metalların metallurgiyası 3 yer   Nəqliyyatda daşımaların və idarəetmənin təşkili  mühəndisliyi 5 yer - 1200 AZNNəqliyyatda daşımalar və menecment (avtomobil nəqliyyatı üzrə) 3 yerNəqliyyat logistikası 2 yer   Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi 5 yer - 1200 AZN Rabitə qovşaqları və kommutasiya sistemləri 5 yer   Proseslərin avtomatlaşdırılması mühəndisliyi 2 yer - 1200 AZN Texniki sistemlərdə informatika və idarəetmə 2 yer   Kompüter mühəndisliyi* 12 yer - 1200 AZN Kompüter mühəndisliyi 12 yer   İnformasiya texnologiyaları və sistem mühəndisliyi* 6 yer - 1200 AZN İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri 6 yer   Kimya mühəndisliyi 3 yer - 1200 AZN Polimerlərin kimyəvi texnologiyası 3 yer   Qida məhsulları mühəndisliyi* 4 yer - 1200 AZN İaşə məhsullarının texnologiyası və iaşənin təşkili 2 yerQida təhlükəsizliyi 2 yer   Çoxişlənən malların texnologiyası mühəndisliyi 2 yer - 1200 AZN Tikiş məmulatlarının texnologiyası 2 yer   İstehlak mallarının ekspertizası və marketinqi 6 yer - 1200 AZN İstehlak mallarının keyfiyyət ekspertizası 2 yerƏrzaq məhsullarının ekspertizası və marketinqi 2 yerGömrük ekspertizası 2 yer   Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi 2 yer - 1200 AZN Keyfiyyətə nəzarət, diaqnostik üsul və sistemlər 2 yer   Ekologiya mühəndisliyi 3 yer - 1200 AZN Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması 3 yer MBA proqramı üzrə: Biznesin idarə edilməsi (MBA proqramı üzrə) 67 yer - 1500 AZN  Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) 12 yer  Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) 12 yer  Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) 12 yer  Biznesin təşkili və idarə edilməsi (mühəndislik və idarəetmənin riskləri üzrə) 12 yer  Biznesin təşkili və idarə edilməsi (turizm və otelçilyin idarə edilməsi üzrə) 12 yer  Biznesin təşkili və idarə edilməsi (sahələr üzrə) 7 yer  

Əziz tələbələr!

8 iyun – 10 iyul tarixlərində təşkil olunan yay imtahan seSsiyasında sizə aşağıdakı güzəştlər edəiləcək: Tələbə onlayn imtahanda iştirak etdiyi halda texniki səbəbdən imtahandan ayrılarsa ona ayrılan vaxt ərzində yenidən imtahana qoşulub imtahanı yekunlaşdıra biləcək; Tələbə onlayn imtahandan keçid balı toplaya bilməsə, rektorun təyin etdiyi apelyasiya komissiyası tələbənin topladığı nəticəni 51 bala tamamlayaraq imtahandan keçməsini təmin edəcək; Keçən semestrlərdən kredit borcları yaranan tələbələr yalnız 2 fənndən 25% ödəniş etməklə imtahanda iştirak etmədən 51 bal qazanacaqlar; 2019-20 tədris ilinin II semestrində alt və ya şərti qruplarda tədris görən tələbələr kredit borclarını ödədikləri təqdirdə imtahanlardan 51 bal qazanaqcaqlar; Verilən 51 bal ilə razılaşmayan tələbə 20 avqust – 10 sentyabr tarixlərində təşkil oluncaq (ödənişsiz, iki həftəlik sürətləndirilmiş kursa qatılmaqla) imtahanda iştirak edərək nəticələrini yüksəldə bilər. 

Azərbaycan xalqı AŞPA-ya olan ümidini itirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 iyun 2020-ci il tarixində Tərtər rayonundakı idman kompleksinin açılışında, ictimaiyyət qarşısındakı çıxışında, AŞPA-nın Ermənistanla müqayisədə Azərbaycana qarşı tam qərəzli mövqe tutduğunu bildirdi və bununla əlaqədar olaraq bir sıra məsələlərə aydınlıq gətirdi. AŞPA – Azərbaycan münasibətlərinə diqqət çəkən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri, demokratik dəyərlərin məhz qurumun özü tərəfindən dəfələrlə pozulduğunu bildirdi. Cənab prezident bu qərəzli münasibəti böyük dəqiqliklə Azərbaycanafobiya və İslamafobiya adlandırıb.            

Ümumiyyətlə AŞPA-nın və ya hamısını günahlandırmaq istəmədiyim avropalıların erməni məsələsində Azərbaycana qarşı qərəzli mövqeyinin tarixi daha qədimdir və deyəsən artıq xroniki hal alıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, bölgədəki müsəlmanları zorla köçə və qırğınlara məruz qoyaraq kilsəni ön plana çəkməklə xristianlığın qabardılması prezidentin ifadə etdiyi Azərbaycanafobiya və İslamafobiya ifadələrinə tam uyğun gəlir. XX əsrin əvvəllərində dəfələrlə azərbaycanlılara qarşı soyqırımların təşkil olunmasında müxtəlif vasitələrlə rol oynayan, Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanımayaraq onun sərvətlərinə və ərazilərinə göz dikən, lazımi məqamlarda AXC-ni dəstəkləməyərək milli hökumətin süqutuna zəmin yaradan da avropalılar idi, yüz il sonra AŞPA-da təmsil olunanlar da. Azərbaycana qarşı qərəzli mövqe deyəsən onlara əcdadlarından miras qalıbdır.            

Tərtərdəki çıxışında dövlət başçısı öncə irsimizə sahib çıxmağın zəruri olduğunu bildirib. 1918-ci ildə baş verən hadisələrə münasibət bildirən Prezident tarixdə baş verənlərdən ibrət götürməli olduğumuzu qeyd edib. 1918-ci ildə İrəvanı ermənilərə Azərbaycanın digər ərazilərinə iddia etməsinlər deyə güzəştə getdik. Amma onlar öz məkirli niyyətlərindən əl çəkmədilər. Ermənistanın hazırki ərazisi bütövlükdə Qərbi Azərbaycandır. Ermənilər indidə işğal etdikləri Qarabağ ərazisində və ətraf rayonlarda ikinci erməni dövləti yaratmaq istəyirlər. Amma biz buna yol verə bilmərik.        Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyi ilə bağlı Avropa strukturlarının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələri var. Amma çox təəssüf ki, Ermənistan indiyə qədər bu qətnamələrdə, sənədlərdə əksini tapan tələbləri yerinə yetirməyib, hələ də torpaqlarımız işğal altındadır. Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki, hətta bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və özlərinə qondarma bir “prezident” seçdilər. Hətta qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Beynəlxalq təşkilatların tam əksəriyyəti bu “seçki şousu”nu qınadılar, qondarma “seçkilər”i qəbul etmədilər. Çünki nə daxili, nə də beynəlxalq hüquq baxımından bu seçkilərin heç bir əhəmiyyəti yoxdur. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı.  Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir?  Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə, onun qərəzli və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bir təşkilat olması rəyi mövcuddur.   Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər” beynəlxalq hüquqa zidd olmaqla bərabər, həm də koronavirus pandemiyası ərəfəsində keçirildi. Əslində digər beynəlxalq təşkilatlardan da öncə məhz Avropa Şurası bu qondarma “seçkilər”i tanımadığı barədə bəyanat verməli idi. Digər tərəfdən, dünyanın faşizm ideologiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın paytaxtında Hitlerlə yaxından əməkdaşlıq edən, dinc insanlara qarşı kütləvi qırğınlarda iştirak edən Qaregin Njdeyə böyük bir abidə qoyulub. Avropa məkanında bu kimi hallara qarşı qəti mövqe ortaya qoyan Avropa Şurası Ermənistanda Qaregin Njdeyə böyük bir abidə qoyulması qarşısında da susur. Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, buna münasibətdə də ikili standartlar nümayiş etdirilir.            

Düşünürəm ki, bütün bu sadalanan səbəblərdən Azərbaycan xalqı Avropa Şurasına olan ümidlərini get-gedə itirir: Zənnimcə Azərbaycan kimi iqtisadi və siyasi tərəfdaşını itirməmək üçün Avropa Şurası fəaliyyətini gözdən keçirməli, Azərbaycana qarış ədalətli mövqe sərgiləməlidir.

  Şahmar Həsənov Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi  


Onlayn imtahanlara start verilib

Azərbaycan Texnologiya Universitetində onlayn imtahanlara bu gün saat 09:00 da start verilib. Proses saat 18:00 qədər davam edəcək. 50 test sualının cavablandırılması üçün tələbələrə 1 saat vaxt verilir. İnternet kəsintisi kimi texniki problemlərlə qarşılaşan tələbələrin proqrama yenidən qoşulmaq imkanı var. Hazırda imtahan prosesi öz qaydasında davam edir. Bu gün ərzində onlayn yay imtahanlarına Qida mühəndisliyi və Avtomatika, telekommunikasiya və informatika fakültələrinin 500-ə yaxın tələbəsinin onlayn şəkildə qatılması nəzərdə tutulub. Bütün tələbələrimizə uğurlar arzu edirik!    

Ənənəvi bayram sovqatı paylanıb

Azərbaycan Texnologiya Universitetində (UTECA) texniki və qulluqçu heyətə bayram sovqatı paylanıb. Ramazan bayramı münasibətilə Azad Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi ənənəvi aksiyada universitetin rəhbərliyi də iştirak edib. Hazırda universitetdə məhdud sayda əməkdaş işə çıxdığından sovqat bağlamaları texniki və qulluqçu heyətin ünvanlarına göndərilib.

Bu gün ölkədə könüllülük hərəkatları vacib rol oynayır

Dünyada könüllülük fəaliyyəti çox əsrli tarixə malikdir. XVII-XVIII əsrlərdə Fransa və İngiltərədə ilk könüllülülər hərbi xidmətə gedən insanlar olub. O zamanlar hərbi xidmət məcburi olmadığına görə kralın çağırışlarıyla insanlar könüllü şəkildə müharibələrə və hərbi xidmətə yollanırdılar. Şimal qonşu Rusiyada XIX əsrdə könüllülük əsasında işləyən müəllim və həkimləri misal göstərmək olar. O dövrdə bir sıra zadəganların təhsilsiz insanlara dərs keçməsi dəb halını almışdı. 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı və iş adamı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaratmışdı ki, orada yaralılara könüllülər ilkin tibbi yardım göstərirdilər. Bunun nəticəsində sonradan bu gün də fəaliyyətini davam etdirən Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri də yaradıldı ki, sözügedən qurumları könüllülük fəaliyyətinin bariz nümunələrindən hesab etmək olar.  Azərbaycanda da könüllülüyün tarixi kifayət qədərdir və bu prinsip milli dəyərlərimizin, sülhsevər, ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzu əks etdirir. XIX əsrin sonu XX əsrin əvvəllərində xeyriyyə cəmiyyətlərinin yaranması və insanlarımızın könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığı məlumdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkənin ictimai-siyasi həyatında könüllülərin böyük rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələri, müharibəyə könüllü gedən həkim və tibb bacıları buna maisaldır.   Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin bariz nəticələrindən biri də Azərbaycanda olan könüllülük hərəkatıdır. “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və s… Bu hərəkatların nə qədər gəncə nə qədər töhfə verdiyini saymaqla bitməz.  “Bir” Tələbə-Könüllü Proqramı 2015-ci ildə Bakı Avropa Oyunları, Formula 1 yarışlarına dəstək vermək və vahid könüllülük bazasının yaradılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Bu platformanın şəbəkəsinə Azərbaycan Texnologiya Universiteti (UTECA) də daxildir. Universitetdə 150 yaxın  “BİR” Tələbə-Könüllüləri beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərə könüllü dəstəyi verməklə yanaşı, tələbə könüllülərin inkişafı üçün müəyyən proqramlar həyata keçirirlər. Bu könüllülər yarış və müsabiqələrdə iştirak edir, şəhərdə beynəlxalq və digər əhəmiyyətli tədbirlərdə aktivlik göstərir, tez-tez universitet daxili, universitetlər arası intellektual yarışlar reallaşdırır, flaşmoblar təşkil edir, sosial layihələr həyata keçirirlər. Universitetin Bir tələbə könüllüləri pandemiya dövründə də aktivlik nümayiş etdirirlər. Onlar karantin günlərində yoluxmayla bağlı xüsusi risk qrupunu nəzərər alaraq yaşlı və tənha insanlara məişət işlərində yaxından köməklik göstəriblər. Yaşlı və tənha insanların gündəlik zəruri ərzaq alış-verişlərini edərək, kommunal ödənişlərini həyata keçirərək, dərmanlarını alaraq belə əhali kateqoriyasının izolyasiya olunmasına çalışıblar. Könüllülər maarifləndirmə tədbirlərində də yaxından iştirak ediblər. Virusdan qorunmaq qaydalarıyla bağlı broşürlər, dezinfeksiya edici və qoruyucu vasitələr paylayıblar, marketlərdə, bankların və bankomatların, ödəmə terminallarının qarşısında ara məsafələrin saxlanmasının vacibliyinə dair təbliğatlar aparıblar.  Bu gün ölkədə könüllülük hərəkatı vacib rol oynayır. Bu hərəkatların bizə qazandırdıqları təcrübəli, bacarıqlı, müasir düşüncəli və ölkə başçısının vurğuladığı dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncinin və kadr ehtiyatının inkişafıdır. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahat və inkişafın kənardan passiv izləyicisindən aktiv bir parçasına çevrilirlər.  2020-ci il Könüllülər ili elan edilib. Odur ki, bu il könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlərin olduğunu demək olar. Dövlətimizin başçısının bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsi gənclər üçün yeni fürsətlər yaradacaq, vətəndaşlarımızın bu fəaliyyətə gündən-günə artan marağı sayəsində könüllülük digər qabaqcıl ölkələrdəki kimi tədricən həyat tərzimizə çevriləcək.  

Aysel Yolçuyeva Azərbaycan Texnologiya Universitetinin tyutoru