Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Rektor və əməkdaşlar İspanyada təlimlərə qatılıblar

Azərbaycan Texnologiya Universitetində (UTECA) texniki və qulluqçu heyətə bayram sovqatı paylanıb. Ramazan bayramı münasibətilə Azad Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi aksiyada universitetin rəhbərliyi də iştirak edib. Əməkdaşları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, onların qayğısına qalmaq ilin bütün dövlərində rəhbərliyin diqqət mərkəzindədir. Bu cür əlamətdar günlərdə isə kollektivin zəhmətkeşlərini yada salmaq xüsusilə vacibdir. Çünki, insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda hər kəs vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayır. İnsanlar bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərdə həmrəy olmaq fürsəti əldə edirlər.Sonra müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar 130-dan çox əməkdaşatəqdim edilib. Əməkdaşlar əziz bir gündə onları yaddan çıxarmayan universitet rəhbərliyivə AHİK-ə minnətdarlıq ediblər. 

Əməkdaşlara bayram sovqatı paylandı

Azərbaycan Texnologiya Universitetində (UTECA) texniki və qulluqçu heyətə bayram sovqatı paylanıb. Ramazan bayramı münasibətilə Azad Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi aksiyada universitetin rəhbərliyi də iştirak edib. Əməkdaşları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, onların qayğısına qalmaq ilin bütün dövlərində rəhbərliyin diqqət mərkəzindədir. Bu cür əlamətdar günlərdə isə kollektivin zəhmətkeşlərini yada salmaq xüsusilə vacibdir. Çünki, insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda hər kəs vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayır. İnsanlar bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərdə həmrəy olmaq fürsəti əldə edirlər.Sonra müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar 130-dan çox əməkdaşatəqdim edilib. Əməkdaşlar əziz bir gündə onları yaddan çıxarmayan universitet rəhbərliyivə AHİK-ə minnətdarlıq ediblər. 649 dəfə oxunub

UTECA-da “Məşğulluq və Sahibkarlıq Resurs Mərkəzi” adlı layihə başladı

Azərbaycan Texnologiya Universitetində “Məşğulluq və Sahibkarlıq Resurs Mərkəzi” adlı layihə həyata keçirilir. 1 il müddətində davam edəcək layihə Avstraliyanın Ankarada yerləşən səfirliyi tərəfindən dəstəklənir. Layihənin təqdimatı zamanı bildirilib ki, məqsəd tələbələri müvafiq mövzularda maarifləndirmək, onlarda ictimai siyasətin formalaşmasında, işaxtarma yolları və s. mövzularda məlumatlandırmaqdır.Layihə çərçivəsində universitetin 18-29 yaş arası tələbələrinə CV və motivasiya məktublarının yazılması, iş müsahibələrində davranış və hazırlıq, qadın sahibkarlığı, biznes planın yazılması və s. mövzularda təlimlər həyata keçiriləcək. 


CRENG-in layihə komandası perspektiv planları müzakirə edib

Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi (CRENG) layihəsinin Azərbaycan Texnologiya Universitetindəki (UTECA) iştirakçılarından ibarət komandasının növbəti görüşü keçirilib. Görüşdə layihə çərçivəsində görüləcək işlər və onların ardıcıllığı, iştirakçıların öhdəlikləri və s. məsələlər müzakirə edilib.CRENG-in UTECA üzrə layihə koordinatoru Orxan Vətənxah əvvəlcə komanda formalaşdırılarkən iştirakçıların hansı prinsiplər əsasında seçildiyini və onların üzərinə düşən vəzifələri izah edib. Bildirib ki, UTECA-dakı mövcud magistr proqramlarından birinin layihəyə uyğunlaşdırılması nəzərdə tutulub. Bunun üçün ən uyğun nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasının tədris proqramı müvafiq olaraq layihənin təlim proqramına uyğunlaşdırılacaq. Həmin ixtisasda təhsil alan magistratlara layihəyə aid 16 fənnin tədrisini isə CRENG-in UTECA komandasına daxil olan müəllimlər həyata keçirəcəklər. Bununla bağlı layihənin ilk ilində komandaya üzv müəllimlər üçxarici ölkədə - Almaniya, Fransa və Polşada müvafiq təlimlərə cəlb ediləcəklər. Layihənin ikinci ilində isə magistrantlara pilot olaraq həmin fənnlərin tədrisi həyata keçiriləcək. Görüşdə həmçinin qeyd olunub ki, layihə çərçivəsində xarici ölkələrdə keçirilməsi nəzərdə tutulan təlimlərə xüsusi fəallığı və yüksək ingilis dili biliyi ilə fərqlənən iştirakçıların cəlb edilməsi nəzərdə tutulur. 

UTECA-da Respublika Günü qeyd olunub

 Azərbaycan Texnologiya Universitetində (UTECA) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə bir əsr yaşı olan Şərqin ilk demokratik cümhuriyyətinin xalqımızın istiqlal tarixində oynadığı şərəfli roldan danışılıb. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, bu il mayın 28-də 101 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyəti tariximizə böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzminin, ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında böyük xidmətləri olan dövlət xadimlərinin adı xalqımızın yaddaşına əbədi həkk olunub.Tədbirdə çıxış edənlər də qeyd edib ki, 101 il əvvəl elan edilən Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Sonda Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” filmi izlənilib. Ekran işində 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərindən, hökumətin son qərarını hansı çətin şəraitdə verdiyindən bəhs edilir.

UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib

Azərbaycan Texnologiya Universitetində Məzun Günü keçirilib. Bu münasibətlə UTECA-da “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkasıda təşkil edilib. İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinnin məzunları ilə yanası Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da istirak ediblər. Yarmarkada gənclərə 60-a yaxın xidmət və istehsal müəssisəsi tərəfindən 450-dən çox vakant yer təqdim edilib. Tələbəvə məzunlar təklif edilən iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdimediblər. Dahasonra “Məzun–2019” buraxılış tədbirində universitetin rektoru, professor Akif Süleymanov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qeyd edilib ki, bu il - 45-ci buraxılışda UTECA-nı 570 məzun bitirir. Həmçinin bu il universitetdə 37 magistr da məzun olur. Rektor sabahın mühəndis və texnoloqlarının təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əmin olduğunu bildirib. Sonra təhsildə fərqlənən məzunlar mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.