İnsanın psixo-fizioloji tələblərini nəzərə almadan qurulan təlim prosesləri və iş şəraiti sağlamlığı zədələyir! Elmi araşdırmalar göstərir ki, məktəbi bitirənlərin yalnız 2-15%-i tam sağlam olur. Oturaq təhsil və ofis işi müddətində yaranan ilkin sağlamlıq problemləri: Görmə qabiliyyətinin pozulması Qamət problemlərin yaranması Normal fiziki inkişafın pozulması (cılızlaşma/piylənmə/alçaqboyluluq) Həll yolu:Gigiyenik normalar gözlənilməklə təhsil texnologiyalarının, dərs və iş şəraitinin insanın psixo-fizioloji tələblərinə uyğunlaşdırılması. Göz və qamət: Düz səthli masa görmə qabiliyyətini pozur və beli əyir! Masaların səthi insanın günəş kələfi səviyyəsində boya uyğunlaşan olmalıdır. Oxu və yazı zamanı səth ilə göz arasında məsafə 30-35 sm olmalıdır. Buna görə oxu və yazı zamanı səth günəş kələfinə uyğun 16 dərəcə maillikdə olmalıdır. İş səthinin işıqlanma səviyyəsi 500 luks, otaqda işıqlanma rəngi 3000K (günəş rəngi) olmalıdlr. Fiziki inkişaf, ürək-damar, sinir sistemləri: Dərs və iş prosesi statik yox, dinamik şəraitdə, ayaq üstə təşkil olunmalıdır. Əks təqdirdə qan dövranı və bədən metabolizmi ciddi zəifləyir! Oturaq vəziyyətdə sinir və qan damarları sıxılır, insanın skelet əzələlərinin 1/3 praktiki olaraq işləmir, orqanizmin qan təchizatı zəifləyir. Nəticədə, illər ərzində orqanizmin fizioloji inkişafı normal getmir və sağlamlığı pozulur! Oturacaq daim oturmaq üçün yox, fasilələrlə dincəlmək üçün istifadə edilməlidir Təhsilalanların və ofis işçilərinin sağlamlığının qorunması üçün mübarizəyə qoşul!
UTECA-nın daha bir elmi jurnalı Ali Attestasiya Komisiyasının tövsiyə olunanlar siyahısında Azərbaycan Texnologiya Universitetinin “Elmi xəbərlər məcmuəsi” adlı elmi jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən texnika, biologiya və aqrar elmlər üzrə Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin yenilənən siyahısına daxil edilib. UTECA-nın “İnnovasiyalı iqtisadiyyat və menecment” elmi jurnalı isə iqtisad elmləri üzrə elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin yenilənmiş siyahısına salınıb. Qeyd edək ki, UTECA-nın “Elmi xəbərlər məcmuəsi” 2017-ci ildən, “İnnovasiyalı iqtisadiyyat və menecment” elmi jurnalı isə ilk dəfədir ölkədə dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında yer alır. Istinad: http://aak.gov.az/jurnals/2020_siyahi/iqt_elm_nesr_20.pdf http://aak.gov.az/jurnals/2020_siyahi/bio_aqrar_elm_nesr_20.pdf http://aak.gov.az/jurnals/2020_siyahi/iqt_elm_nesr_20.pdf
CRENG-in növbəti təlimləri Fransada keçirilib Azərbaycan Texnologiya Universitetinin (UTECA) əməkdaşları "Nəqliyyat xidmətləri üçün böhran və risk mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsi çərçivəsində Fransada təşkil olunan təlimlərə qatılıblar. CRENG-in UTECA üzrə koordinatoru Orxan Vətənxah, komanda üzvləri Nofəl Hacıyev, Fəridə Verdiyeva və Nicat Qəzənfərli Fransanın Valensien şəhərində yerləşən Hauts De Frans Politexnik Universitetində bu ali təhsil ocağının müəllimləri tərəfindən keçilən dəsrlərdə iştirak ediblər. Bundan başqa onlar layihəyə daxil olan fənlər üzrə fəaliyyət göstərən laboratoriyaların işi ilə də tanış olublar. Təlimlərdə həmçinin layihəyə uyğun olaraq UTECA-da təsis ediləcək nəqliyyat logistikası magistr proqramı üzrə tədris olunacaq fənlərin məzmunu, sillabusları, kurikulumu və tədris vəsaitləri ilə bağlı məsələlər də müzakirə edilib. Təlimin sonunda universitetimizin əməkdaşlarına sertifikat təqdim olunub.
31 yanvar - Azərbaycan xalqının böyük oğlu, Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. “Vətən qayəsi və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.
Azərbaycan Texnologiya Universitetində 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd edilib. Tədbir çərçivəsində UTECA-nın rektoru, professor Akif Süleymanov səmərəli fəaliyyətinə, öhdəsinə düşən işləri, verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirdiyinə görə gənc müəllimlər və tyutorları, eləcə də universitetin ictimai həyatında, təşkil edilən yarışlarda fəal iştirakına görə bir qrup tələbələri fəxri fərmanla təltif edilib.
Universitetin rektoru, professor Akif Süleymanov ailə ilə görüşdə Texnologiya Universitetinin Rəşadla daim fəxr etdiyini bildirib. Rektor Rəşada verilən tərbiyə üçün onun valideynləri Şakir və Fərqanə Niftəliyevlərə təşəkkür edib, Rəşadın şəhidlik zirvəsinin həm də universitetin vətənpərvər gənclər yetişdirdiyinin bariz nümunəsi olduğunu qeyd edib. Akif Süleymanov əlavə edib ki, UTECA növbəti ayda Rəşadın adına həsr olunmuş turnir təşkil edəcək və universitet şəhid məzunun xatirəsini əbədi yaşadacaq, onun şücaətini bütün nəsillərə ötürəcək. Şəhidin valideynləri, qardaşı Tural Niftəliyev və nənəsi Səlimə Abbasova, eləcə də Rəşada dərs deyən müəllimlər onunla bağlı xatirələrini bölüşüblər.Görüş zamanı rektor universitet əməkdaşları olan texnoloqların UTECA-nın toxuculuq laboratoriyasında Rəşadın şərəfinə ərsəyə gətirdikləri portret xalçanı ailəsinə təqdim edib.