🌍 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “Cambridge University Press” (CUP) arasında əldə olunan razılaşma çərçivəsində ölkə alimləri üçün beynəlxalq elmi jurnallarda ödənişsiz nəşr imkanları yaradılıb.

📚 Belə ki, Azərbaycanda fəaliyyət göstərən 140 elmi və ali təhsil müəssisəsinin müəllifləri 2026-cı il də daxil olmaqla 3 il müddətində “CUP” tərəfindən nəşr olunan və "Web of Science" və "Scopus" bazalarında indekslənən 423 “Open Access” jurnalda məqalələrini ödənişsiz nəşr etdirə bilərlər.

📌 Razılaşmaya görə:

✅  Yalnız korrespondent müəllifin Azərbaycandan olması tələb olunur və digər müəlliflər xarici ölkələrdən olduqda da "CUP" tərəfindən hər hansı ödəniş nəzərdə tutulmur.
✅ Azərbaycandakı 140 elmi və ali təhsil müəssisəsinə “CUP”un 423 elmi jurnalına müddətsiz çıxış imkanı təqdim olunur.

🔗 Müəlliflər jurnallarla tanış olmaq və nəşr prosedurlarını öyrənmək üçün "Cambridge Core" platformasına daxil ola bilərlər:

https://www.cambridge.org/core/publications/journals

🎓 Azərbaycan Texnologiya Universitetinin elmi-pedaqoji heyətini və tədqiqatçılarını bu imkandan faydalanmağa dəvət edirik.