UTECA-da “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” ECAR layihəsi çərçivəsində “İnfo Day” təşkil edilib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” ECAR layihəsi çərçivəsində onlayn “İnfo Day” (Məlumatlandırma Günü) Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənaye mühəndisliyi və logistika” fakültəsinin müəllim və tələbə heyəti üçün keçirilib. Görüşdə iştirakçılara layihə meneceri İlahə Qurbanova tərəfindən layihənin məqsədi, tərəfdaşları,  layihə çərçivəsində 3 il ərzində icra olunacaq fəaliyyətlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Yekunda isə iştirakçıların müvafiq sualları layihə meneceri tərəfindən cavablandırılıb və layihənin işinə uğurlar arzu edilib.