23.06.2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllim və tələbə heyəti üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” ECAR layihəsi çərçivəsində onlayn şəkildə növbəti “İnfo Day” (Məlumatlandırma Günü) keçirilib. Görüşdə iştirakçılara layihə meneceri İlahə Qurbanova tərəfindən layihənin məqsədi, tərəfdaşları, layihə çərçivəsində 3 il ərzində icra olunacaq fəaliyyətlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Yekunda iştirakçıların müvafiq sualları layihə meneceri tərəfindən cavablandırılıb və layihənin işinə uğurlar arzu edilib.