Azərbaycan Texnologiya Universitetində 11 sentyabr, saat 11:00-da yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşkil olunacaq. Tanışlıq Günü I kurs tələbələrinin universitet mühitinə inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə baş tutacaq. Görüş zamanı tələbələr universitetin strukturu, idarəetmə sistemi, tədris prosesinin təşkili, tədris binalarının və fakültələrin yerləşməsi, kafedraların fəaliyyəti barədə məlumat alacaq, fakültə rəhbərliyi və akademik məsləhətçilərlə tanış olacaqlar.
 
Eyni zamanda tələbələrə universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və administrativ prosedurlar barədə də təqdimat ediləcək. Əyani təhsil alacaq bütün I kurs tələbələri görüşə dəvətlidir.