Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA-da şəhər miqyaslı videokonfrans təşkil ediləcək

UTECA-da şəhər miqyaslı videokonfrans təşkil ediləcək 19 iyun 2020-ci il tarixində, saat 11:00-da Azərbaycan Texnologiya Universitetində “Təhsilin dayanıqlı inkişafında könüllülərin rolu” adlı şəhər miqyaslı elmi-praktik videokonfrans keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetidir. Onlayn konfransa qatılmaq istəyənlər [email protected] poçt ünvanından qeydiyyatdan keçə bilərlər. Tel: (+99422) 257 35 78, (+99450) 537 81 82 İlahə Əsgərova 671 dəfə oxunub

UTECA-nın 1-ci və 2-ci kurs tələbələri üçün Avropada təqaüdlə təhsil imkanı

UTECA-nın 1-ci və 2-ci kurs tələbələri üçün Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti İspaniyanın Jaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 2 tələbəsinə İspaniyada 1 semestr müddətinə təhsil alması üçün qrant ayrılıb. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq: ÜOMG İngilis dili imtahanı Müsahibə İngilis dili imtahanı 30 aprel 2020-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən tələbələr 20 aprel 2020-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzində qeydiyyatdan keçməlidirlər. Ünvan: İnzibati bina, 3-cü mərtəbə   684 dəfə oxunub

Tələbələrin nəzərinə!

                                                                                                                                                                                                                                     653 dəfə oxunub


Avropada təqaüdlə təhsil imkanı

Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 1 tələbəsinə Almaniyada 1 semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb.  Proqrama universitetin yalnız I və II kurs tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.  Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq: ✓ ÜOMG ✓ Müsahibə Müsahibədə iştirak etmək istəyən tələbələr 25 aprel 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.      692 dəfə oxunub

Avropada təqaüdlə təhsil imkanı

Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti İspaniyanın Jaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 3 tələbəsinə İspaniyada 1 semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb. Proqrama universitetin Avtomatika, telekommunasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrinin I və II kurs əyani təhsil alan tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:✓ ÜOMG✓ Müsahibə Müsahibədə iştirak etmək istəyən tələbələr 25 may 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər. 713 dəfə oxunub

Avropada təqaüdlə təhsil imkanı

Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti Polşanın Varşava Ekologiya və Menecment Universiteti, Almaniyanın Şmalkalden Tətbiqi elmlər Universiteti, eləcə də Rumıniyanın İasi Texniki Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın tələbələrinə Polşa, Almaniya və Rumıniyada 2021-2022-ci tədris ilinin yaz semestri müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb. Proqrama universitetin Yüngül sənaye və logistika fakültəsinin “Dizayn” və “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisasları, Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin Komputer mühəndisliyi ixtisası və İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan II və III kurs tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq: ✓ ÜOMG✓ Müsahibə Müsahibədə iştirak etmək istəyən tələbələr 15 noyabr 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (022 257 35 78; 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. 689 dəfə oxunub