5-6 noyabr 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda hibrid formatda Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.

 

Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

-Qida mühəndisliyi və texnologiyaları

-Süni intellekt, elektronika və informasiya texnologiyaları

-Tekstil və yüngül sənaye

-Dizaynda innovativ texnologiyalar

-Maşınqayırma, nəqliyyat və logistika

-Metallurgiya mühəndisliyi

-Rəqəmsal iqtisadiyyat və idarəetmə

-Turizm sənayesinin təşkili

-Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf

-Fundamental elmlər və innovativ texnologiyalar

-Multikultural təhsildə innovativ texnologiyalar

 

Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

-Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;

-Mətn “Microsoft Word” redaktorunda Arial şrift ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatda hazırlanmalıdır;

-Konfrans materialının mətni 3 səhifədən çox olmamalıdır;

-Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);

 

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı

qaydada göstərilir:

-İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.

-İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş elmi əsərlərin

olması arzuolunandır.

-İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsvirinə aid nümunələrlə verilmiş link vasitəsilə

(Əlavə 4.1 - https://aak.gov.az/single/492) tanış ola bilərsiniz.

 

Konfrans materialının sonunda Azərbaycan dilində  açar sözlər və xülasə verilir.  Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

 

Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığına, elmi yeniliyinə müəlliflər cavabdehdir.

 

Bu tələbləri ödəməyən konfrans materialları Təşkilat komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir.

 

Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 4 gün qalmışa qədər (son tarix 31 oktyabr) göndərilir.

 

Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir.

 

Konfrans materialları 25 gün ərzində (dekabrın 1-ə qədər) PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdirilir.

 

Konfransda iştirak ATU-nun əməkdaşları, gənc tədqiqatçıları (doktorant, dissertant və  magistrantlar) üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün 5 manat ödəməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunur.

 

Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

 

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ PUBLİK HÜQUQİ ŞƏXS

VÖEN: 2300343181

H/H: AZ39AIIB38060019440135272127

Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı

Bankın kodu: 200275

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK: AIIBAZ2X

 

Konfrans materialları 20 oktyabr 2025-ci ildən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

 

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

Tel: (022) 268 00 46

 

e-mail: conference@atu.edu.az