2021 - ci il 15 iyun tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalanması hər iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişafında təminant verir. Bəyannamənin imzalanması eyni zamanda 13 noyabr 1921 - ci il tarixində 100 il öncə imzalanmış “Qars müqaviləsi”nə hər iki qardaş ölkənin sadiq qalmasını göstərir. “Şuşa Bəyannaməsi”ndə Türkiyə və Azərbaycanın birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması eyni zamanda hər iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsi vurğulanır. Azərbaycan Ermənistanın 30 il davam edən işğalçı siyasətinə son qoyulmasında, itirilmiş torpaqların azad edilməsində Türkiyənin mənəvi dəstəyini hər zaman yüksək qiymətləndirir. Bəyannamədə eyni zamanda qeyd olunurki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid, hücum olarsa tərəflər bir - birinə hər cür maddi və mənəvi yardım göstərəcək. “Şuşa Bəyannaməsi”ndə eyni zamanda Ermənistanın Türkiyəyə qarşı əsassız iddiyaları və bölgədə sülhə, sabitliyə zərər verdiyi vurğulanır. Bəyannamədə beynəlxalq hüqunun prinsip və normalarına, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh - sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunur. Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan Xalqının Ümumilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın milli, mənəvi sərvəti kimi dəyərləndirildiyinin xüsusi vurğulanması bir daha bütün dünyaya türkün gücünü göstərir. İnanırıq ki, tərəflər xarici siyasət sahəsində əlaqələri genişləndirəcək, beynəlxaq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirəcək. Eyni zamanda ümidvarıq ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərinə uyğun yenidən formalaşdırlıması istiqamətində birgə səy göstərməyə davam edəcəklər, ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər. İnamla deyə bilərik ki, yaxın gələcəkdə birgə layihələrin yerinə yetirilməsi Müdafiə Sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcək. Düşünürük ki, kiber təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçiriləcək, hər iki qradaş ölkə perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı, faydalı inkişafı üçün səylərini artıracaqlar. Tərəflərin hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklərinə inanırıq. Arzu edirik ki, qardaş ölkə ilə imzalanmış olan “Şuşa Bəyannaməsi” bütün sahələrdə olduğu kimi humanitar, sosial müdafiə, elm, təhsil, mədəniyyət sahələrində də inkişafa öz təsirini göstərsin. Yaşasın Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı.
Məmmədli Aysel Azərbaycan Texnologiya Universiteti
Tələbə Elmi Cəmiyyətinin Sədri