Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC "Azcloud ScaleUp" proqramına start verir. Proqramın məqsədi ölkədə əlverişli rəqəmsal ekosistemin inkişafına töhfə verərək yeni ideyaların yaradılması, innovativ sahibkarlığın təşviqidir. Azərbaycanda potensialı olan startaplara bizneslərini etibarlı və davamlı şəkildə böyütməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa yönələn “Azcloud ScaleUp” əsasən yeddi prioritet sahə – aqrar, təhsil, tibb, “ağıllı ölkə”, ekologiya, oyun və onlayn ticarət üzrə layihələrə dəstək göstərəcək.“Azcloud ScaleUP” proqramına startaplarla yanaşı, tərəfdaş olmaq istəyən təşkilatlar və şirkətlər də müraciət edə biləcək.