Azərbaycan Texnologiya Universitetində (ATU) tədqiqatçılar üçün “Web of Science platformasının tədqiqat fəaliyyətinə təsiri: Müəllif profillərinin analizi və jurnalların qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçiriləcək. Təlimçi qismində "Clarivate" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva çıxış edəcək. Tədbir 2 aprel 2026-cı il tarixində, saat 14:00-da baş tutacaq.