Azərbaycan Texnologiya Universiteti Güncüstanda keçirilən ExpoGeorgia sərgisində iştirak edir. Bu dəqiqələrdə sərgidə Azərbaycan Texnologiya Universirtetinin təqdimatı baş tutur. Universitetimiz bir çox ölkələrin də qatıldığı təhsil sərgisində bakalavr, magistr və doktorantura ixtisasları, eləcə də UTECA Texnoparkı və promo məhsulları ilə çıxış edir. Bu il ExpoGeorgia sərgisi pandemiya ilə əlaqədar virtual qaydada təşkil olunub. Sərgi 20-dən çox ölkənin universitetləri və digər müxtəlif təhsil qurumlarının iştirakı ilə həyata keçirilir. İki gün davam edəcək sərgiyə 40000-ə qədər qonağın qatılması gözlənilir. Azərbaycan Texnologiya Universiteti ExpoGeorgia təhsil sərgisinin işinə UĞURLAR arzu edir!