Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Texnologiyadan istifadə, monitorinq və nəzarət elm-texnika sahəsi üzrə qabaqcıl dünya təcrübəsini öyrənməyi, ondan faydalanmağı və gündəlik həyata təsirini dərk etməyi nəzərdə tutur. Bu gün müştəri xidmətlərini yaxşılaşdırmağa, böyük həcmdə olan məlumatları dəyərli fikirlərə çevirməyə, riskləri qiymətləndirməyə və iş təhlükəsizliyini artırmağa imkan verən ən son proqram təminatına sahibik. Özünü daim inkişaf etdirən müasir insan müxtəlif texnologiyaların imkanlarını bilməli və proqramçılar ilə eyni dildə danışmağı bacarmalıdır.