31 may 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsi çərçivəsində WP1 üzrə ilk seminar keçirilib. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən seminarında layihə meneceri İlahə Qurbanova, layihənin Keyfiyyət üzrə işçi qrupunun rəhbəri Ülviyyə Məmmədova iştirak ediblər.İnteraktiv və onlayn şəkildə keçirilən seminarda universitetlər arasında milli şəbəkələşmə və əməkdaşlıq səviyyəsinin hərtərəfli araşdırılması, bununla bağlı Azərbaycanda mövcud vəziyyətin müqayisəli təhlili, WP1 üzrə işçi qrup tərəfindən geniş miqyaslı sorğuların keçirilməsi müzakirə edilib və layihənin fəaliyyət planına uyğun növbəti tapşırıqlar bildirilib.