Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Granada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun  2 doktorantına İspaniyada 3 (üç) ay müddətinə tədqiqat aparmaq üçün qrant ayrılıb.
Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓Tədqiqat fəaliyyəti
✓Granada Universitetindən Dəvət məktubu
Tədqiqat aparmaq istəyən doktorantlar ilk öncə Granada Universitetinin müvafiq sahə üzrə professorundan birgə tədqiqat üçün Razılıq məktubu əldə etməli və daha sonra həmin məktubla birgə 30 noyabr 2024-cü il tarixinədək universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) müraciət etməlidir.