Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 23.04.2025 tarixində, saat 11:00-da Elmi informasiya resurslarına çıxış və tədqiqat dəstəyi mövzusunda seminar keçiriləcəkdir.

Seminarı Clarivate şirkətinin Azərbaycan üzrə məsul əməkdaşı İltifat İbrahimov təqdim edəcəkdir.

Seminarda aşağıdakı mövzular müzakirə olunacaq:

-    Web of Science platforması

-    Web of Science Research Assistant Suni İntellekt Aləti

-    Journal Citation Reports

-    Təşkilat Profili

-    Tədqiqatçı Profili

-    EndNote referans idarəetmə sistemi

ATU-nun bütün akademik heyətini, magistrant və doktorantlarını seminarda iştiraka dəvət edirik.