5-6 noyabr 2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər gününə həsr olunmuş “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu” mövzusunda hibrid formatda Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.
✔ Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:
- Qida mühəndisliyi və texnologiyaları
- Süni intellekt, elektronika və informasiya texnologiyaları
- Tekstil və yüngül sənaye
- Dizaynda innovativ texnologiyalar
- Maşınqayırma, nəqliyyat və logistika
- Metallurgiya mühəndisliyi
- Rəqəmsal iqtisadiyyat və idarəetmə
- Turizm sənayesinin təşkili
- Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf
- Fundamental elmlər və innovativ texnologiyalar
- Multikultural təhsildə innovativ texnologiyalar
✔ Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:
- Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;
- Mətn “Microsoft Word” redaktorunda Arial şrift ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatda hazırlanmalıdır;
- Konfrans materialının mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);
✔ Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:
- Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Dissertasiyanın tərtibi Qaydası”na (Əlavə 4.1-https://aak.gov.az/single/492) uyğun göstərilir;
- İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.
- Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.
✔ Konfrans materialının sonunda açar sözlər və xülasə verilir (Azərbaycan dilində yazılmış materiala İngilis və Rus dillərində, Rus dilində yazılmış materiala Azərbaycan və İngilis dillərində, İngilis dilində yazılmış materiala Azərbaycan və Rus dillərində). Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.
✔ Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığı 85 %-dən az olmamalıdır.
✔ Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə, Təşkilat komitəsi tərəfindən qəbul edilmir.
✔ Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 3 gün qalmışa qədər (son tarix 2 noyabr) göndərilir.
✔ Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir.
✔ Konfrans materialları 20 gün ərzində (noyabrın 27-ə qədər) PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdirilir.
✔ Konfransda iştirak ATU-nun əməkdaşları, gənc tədqiqatçıları (doktorant, dissertant və magistrantlar) üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün 5 manat ödəməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunur.
✔ Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ MMC
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
✔ Konfrans materialları 25 oktyabr 2024-cü ildən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 268 00 46
e-mail: conference@atu.edu.az