Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Şuşada tikiləcək yeni məscidin minarələri 11 rəqəmini əks etdirir. Yuxarıdan baxdıqda isə məscidin görünüşü 8 rəqəmini xatırladır. Bu, Şuşanın 8.11.2020 tarixində işğaldan azad olunmasını simvolizə edir. 8 həmçinin sonsuzluğa, qalibiyyətimizin əbədi olacağına işarədir.