Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində Erasmus+ proqramı üzrə inzibati heyət üçün beynəlxalq təlim və təcrübə mübadiləsi elan olunur.
Mübadilə proqramı aşağıdakı universitetlərdə həyata keçiriləcəkdir:
· İspaniya – Qranada Universiteti
· İspaniya- Jaen Universiteti
· Rumıniya – İasi Texniki Universiteti
· Polşa – Varşava Ekologiya və Menecment Universiteti
İştirak sahələri:
· Beynəlxalq əlaqələr və əməkdaşlıq
· Tədrisin idarə olunması və keyfiyyətin təminatı
· Maliyyə və inzibati idarəetmə
· İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə
· Kitabxana və tələbə dəstəyi xidmətləri
Tələblər:
· Namizəd Azərbaycan Texnologiya Universitetinin inzibati heyət üzvü olmalıdır;
· İşlədiyi sahə üzrə ixtisaslaşmış bilik və təcrübəyə malik olmalıdır;
· Əsas ünsiyyət dili kimi ingilis dili biliyi tələb olunur;
· Erasmus+ proqramının şərtlərinə uyğun olaraq tərəfdaş universitetdə təlim, seminar və ya təcrübə proqramında iştirak etməlidir.
Müraciət üçün tələb olunan sənədlər:
1. Tərcümeyi-hal (CV) – ingilis dilində;
2. Təlim planı (Mobility Agreement for Training) – ingilis dilində;
3. Xarici pasportun surəti;
4. İngilis dili biliyini təsdiq edən sənəd (mövcud olduğu halda).
Müraciət müddəti: 1-30 noyabr 2023
Müraciət ünvanı:
Azərbaycan Texnologiya Universiteti,
Beynəlxalq Əməkdaşlıq Şöbəsi
II korpus 3-cü mərtəbə, otaq 2316
Əlavə məlumat üçün əlaqə: 0222573578, international@atu.edu.az