"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində baş tutan tədbirdə Göygöl Milli Parkının, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, Ətraf mühitin mühafizəsi kafedrasının əməkdaşları və ekologiya, ekologiya mühəndisliyi ixtisaslarının tələbələri iştirak edib.
 
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə rektor müşaviri Şahmar Həsənov bildirib ki, bu günün qeyd edilməsində əsas məqsəd ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin və bu istiqamətdə maarifləndirmənin vacibliyini vurğulamaqdır.
 
Daha sonra Göygöl Milli Parkının direktoru Fuad Quliyev, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Natiq Bayramov çıxış edib, qeyd edilib ki, cəmiyyətin hər bir üzvünün ekoloji fəaliyyətlərdə aktiv iştirakı bəşəriyyət üçün olduqca vacibdir. Tədbir iştirakçılarına Azərbaycan təbiəti, flora və faunası, ətraf mühitin qorunması ilə bağlı maarifləndirici məlumatlarlar verilib, bukletlər paylanıb, tədbir diskussiya şəklində davam edib.