Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar olub. Belə ki, Elmir Cəfərov Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru vəzifəsinə, Arzu Əsgərov Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsinə, Abdulla Fərzəlizadə isə Təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Elmir Saleh oğlu Cəfərov 08.03.1982-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Universitetinin beynəlxalq münasibətlər ixtisasının məzunu, 2005-ci ildə Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycanın yeni və ən yeni tarixi ixtisasını bitirib. 2005–2008-ci illərdə GDU-da Vətən tarixi ixtisası üzrə aspirantura təhsili alıb, tarix üzrə fəlsəfə doktorudur. Elmlər doktoru proqramı üzrə 5312.01 “Sahə iqtisadiyyatı” ixtisasında dissertantura təhsili alır.
2008–2011-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında məsləhətçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2011-ci ildən Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. Hazırda İdarəetmə kafedrasının dosentidir.
Arzu Taryel oğlu Əsgərov 14.08.1996-cı ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavr, 2019-cu ildə isə regional idarəetmə ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
Həmçinin, mübadilə proqramı çərçivəsində Türkiyənin Qaradəniz Texniki Universitetində təhsil alaraq “Student Certificate of Attendance”, “Dijital Ekonomi Zirvesi 19” sertifikatlarına layiq görülüb.
2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin İnzibati idarəetmə və kommersiya kafedrasında assistent vəzifəsində fəaliyyətə başlayıb, hazırda baş müəllimdir. 2023-cü ilin yanvar ayından Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Abdulla Arif oğlu Fərzəlizadə 15.04.1991-ci il tarixində Zaqatala rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin dizayn ixtisası üzrə məzunu olub.
2017–2022-ci illərdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər 3 saylı Kadastr və Yer Quruluşu Layihə–Tədqiqat Mərkəzində VII dərəcəli mühəndis vəzifəsində çalışıb. 2022-ci ildən əmək fəaliyyətini Azərbaycan Texnologiya Universitetində Təchizat şöbəsinin müdiri, daha sonra Təsərüfat və təchizat şöbəsinin müdir müavini vəzifəsində davam etdirib.