Avtomatika, telekommunikasiya və informatika fakültəsi
Hacıyev Rövşən Mustafa oğlu
Ramil Nazim oğlu Vəliyev
Fakültənin yaranma tarixi
2016-2017-ci illərdə fakültənin adı dəyişdirilərək “Avtomatika, Telekommunikasiya və İnformatika” adlanıb, 2017-ci ildən bu günə kimi “Avtomatika, Telekommunikasiya və İnformatika” fakültəsi adlanır.
Dekan, dekan müavinləri, tyutorlar
Dekan: - Hacıyev Rövşən Mustafa oğlu
Dekan müavinləri:
Tədris işləri üzrə: - Vəliyev Ramin Nazim oğlu
Elm və tərbiyə işləri üzrə: – Cəfərov Elmir Saleh oğlu
Tyutorlar:
I kurs üzrə:- Əliyeva Həcər Rauf qızı
II kurs üzrə:- Abbasova İsmət Əkbər qızı
III kurs üzrə:- Vəliyeva Tamarə Fazil qızı
IV kurs üzrə:- Qasımova Nərmin Fikrət qızı
Kafedralar:
İxtisaslar
Fakültədə çoxpilləli tədris sistemi əsasında: 050634-Proseslərin avtomatlaşdırılması muhəndisliyi, 050616-İnformasiya texnologiyaları, 050620-Kompüter mühəndisliyi, 050636-Radiotexnika və telekommunikasiya, 050630-Mühəndis fizikası, 050404-Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə bakalavr və magistrlər hazırlanır.
Elmi tədqiqat işləri
2018-2020-ci il üçün “Avtomatika, Telekommunikasiya və İnformatika” fakültəsində Elmi tədqiqat işlərinin mövzuları:
Birinci mövzu: “Südsoyutmada temperatur stabilləşdiricili avtomatik idarəetmə sisteminin işlənməsi və əsaslandırılması”.
2018-ci il – “Südün soyudulmasına dair texnologiya və texniki vasitələrin və soyudulma prossesində istifadə olan avtomatlaşdırılmaya dair mövcud vəziyyətin öyrənilməsi”.
2019-cu il – “Südün soyudulması prossesində və onun rejim parametrlərinin stabilləşdirilməsi hüdudu və müvafik informasiya vericilərin seçilməsi”.
2020-ci il – “Süd soyuducusunun avtomatik idarə sisteminin işlənməsi və tədqiqi”.
İkinci mövzu: “İntellektual sistemlərdə sensor vericilərin texnoloji proseslərdə tətbiqinin işlənməsi və əsaslandırılması”
2018-ci il – “Texnoloji proseslərdə yarımkeçiricilər fizikasının əsasları, mövcud vericilərin (sensorların) təsnifatı və tədqiqi”.
2019-cu il – “İntellektual sistemlərdə inteqral sensorların istifadəsi, sensorların strukturu və funksiyalarının öyrənilməsinin mövcud vəziyyətinin araşdırılması”.
2020-ci il – “İntellektual sistemlərdə vericilərin (sensorların) texnoloji proseslərdə tətbiqi”.
Problemin mövzusu: “Yeni nəsil telekommunikasiya şəbəkələrinin (NGN – Next Generation Networks), optik veriliş sistemlərinin və ötürücü mühitlərin bir sıra məsələlərinin tədqiqi”.
2018-ci il - “Yeni nəsl telekommunikasiya şəbəkələrində həddindən artıq yüklənmənin, trafikin idarə edilməsi və keyfiyyətli xidmətin təmin edilməsinin tədqiqi”.
2019-cu il - “Yeni nəsl telekommunikasiya şəbəkələrinin iş keyfiyyəti xarakteristikalarının modellərinin və hesablanma metodlarının işlənilməsı”.
2020-ci il - “Multiservisli rabitə şəbəkələrinin iş prosesinin modelləş-dirilməsi və verilənlərin ötürülməsi kanallarının buraxma qabiliyyətinin optimallaşdırılması”.
Problemin mövzusu: “Bərk məhlulların bəzi elektrofiziki xassələrin tətbiqində riyazi modelləşdirmə”
2018-ci il - “İonlaşdırıcı şüalanmanın istilik və elektrik keçirmədə, maddi nöqtələrin hərəkət tənliklərinin riyazi modelinin qurulması”.
2019-cu il - “İstilik və elektrik keçirmədə, maddi nöqtələrin hərəkət tənliklərinin riyazi modelinin qurulması”.
2020-ci il - “TlİnSe2 tipli birləşmələrinin elektrofiziki xassələri”.
Problemin mövzusu: “Bərk məhlulların bəzi elektrofiziki xassələrinin tətbiqində riyazi modelləşdirmə”
2018-ci il – “İstilik və elektrik keçirmə zamanı alınmış nəticələrin və maddi nöqtələrin hərəkət trayektoraların riyazi modelinin verilməsi”.
2019-cu il – “Fotoelektrik xassələrin ölçülməsi zamanı alınmış nəticələrin riyazi modelinin verilməsi”.
2020-ci il – “Elektrofiziki xassələrin tətbiqinin riyazi modelləşdirilməsi”.
2021-2023-cü il üçün “Avtomatika, Telekommunikasiya və İnformatika” fakültəsində Elmi tədqiqat işlərinin mövzuları:
Problemin mövzusu: “Texniki sistemlərdə itkilərin azaldılması üçün avtomatik sistem və vasitələrin işlənməsi”.
Mövzu: “Sənayedə çiləmə proseslərində itkilərin qarşısının alınması üçün avtomatik sistemin işlənməsi və əsaslandırılması”.
2021-ci il – “Sənayedə çiləmə prosesləri və onlarda baş verən itkilərin səbəblərin öyrənilməsi və avtomatik idarəetmə sistemi tətbiqi perespektivliyinin əsaslandırılması”.
2022-ci il – “Sənaye çiləyici qurğularında itkilərin qarşısının alınması üçün avtomatik vasitənin parametrlərinin nəzəri əsaslandırılması”.
2023-cü il – “Sənaye çiləmə qurğularında itkilərin qarşısını alan avtomatik sistemin işlənməsi və işinin tədqiqi”.
Problemin mövzusu: “Telekommunikasiya sistemlərində simsiz və optik ötürücü mühitlərində tətbiq edilən sahələrinin tədqiqi”.
2021-ci il – “Mobil şanvari texnologiyalar. Şanvari rabitənin funksiyaları”.
2022-ci il – “Naqilsiz rabitə kanallarında yayılma itkiləri”.
2023-cü il – “Optik siqnalların maneədavamlılığının artırılması metodlarının işlənməsi”.
Problemin mövzusu: “Gümüş aşqarlı xalkogenitlərdə elektrofiziki hadisələr”.
Mövzu: “Gümüş xalkogenitlərin elektrik keçiriciliyinin və istilik keçiriciliyinin temperaturadan asıllığının təyini”.
2021-ci il – “Gümüş xalkogenitlərin elektrik keçiriciliyində deffektlərin rolu”.
2022-ci il – “Gümüş xalkogenitlərdə elektrik hərəkət qüvvəsinin temperaturdan asıllılığı”.
2023-cü il – “Gümüş xalkogenitlərdə Holl əmsalının tətbiqi”.
Problemin mövzusu: “Bəzi yarımkeçirici maddələrin elektrofiziki xassələrinin tədqiqi üçün riyazi modelin qurulması və həllin optimallaşdırılması üsulları”.
2021-ci il – “Tədqiq olunan maddələrin fiziki parametrlərinin ölçülməsi üsullarının riyazi modelləşdirilməsi”.
2022-ci il – “Tədqiq olunacaq maddələrin xüsusi elektrik keçiriciliyi və termoelektrik hərəkət qüvvəsinin tədqiqi və onun riyazi əsaslarla izah olunması”.
2023-cü il – “Maddələrin fiziki parametrlərinin tədqiqində optimal idarə etmənin bəzi məsələləri”.
Tələbə Elmi Cəmiyyətinin - 2022-ci il üçün fəaliyyətində əsasən 14. 2022-ci ilin oktyabr ayından başlayaraq “Avtomatika Telekommunikasiya və İnformatika” fakültəsində TEC-i tərəfindən tələbə və magistrantların elmi seminarı təşkil edilmişdir.
Elmi seminarlarda tələbə və magistrantların təqdim etdikləri mövzular ətrafında elmi diskussiyalar aparılmış və təşkil olunan seminarların hər biri Universitetin internet və Fakültənin Facebook səhifələrində işıqlandırılmışdır.
05.02.2022-ci il tarixində Kompüter mühəndisliyi dərnəyi yaradılmışdır.
Dərnəyin Rəhbəri 4229a qrup tələbəmiz Tağıyev Şəhriyar yutub kanalından birbaşa canlı yayımla məşğələlər aparmışdır.
Azərbaycan Texnologiya Universitetinin Haydarpaşa Teknik Meslek lisesi ilə müştərək təşkil etdiyi, təlimçi Süleyman Arslanın PLC təlimləri 5 gün online şəkildə keçirilmişdir. Təlimdə uğur qazanan tələbələr sertifikatla təltif olunmuşdur.