Məmmədova Arzu Natiq qızı

Avtomatika, telekommunikasiya və informatika

Dekan müavini

(+994 22) 268 63 02

a.mammadova@atu.edu.az

Arzu Natiq qızı Məmmədova 9 fevral 1984-cü ildə Yevlax şəhərində anadan olub. Orta təhsilini 1991/2001-ci illərdə Gəncə şəhərində Mir Cəlal Paşayev adına 39 saylı məktəbdə alıb. 2003-cü ildə Azərbaycan Texnologiya Universitetinin texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması ixtisasına qəbul olub. 2007-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Texnologiya Universitetinin magistratura təhsil səviyyəsi üzrə texniki sistemlərdə idarəetmə və informatika ixtisasına qəbul olub. 2009-ci ildə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib. 

Əmək fəaliyyətinə 2009-cu ildə Azərbaycan Texnologiya Universitetinin Avtomatika və idarəetmə kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 

Hazırda Azərbaycan Texnologiya Universitetinin Avtomatika və informasiya texnologiyaları kafedrasında baş müəllim, eyni zamanda Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekan müavini vəzifəsində çalışır.

Bir çox beynəlxalq elmi-praktiki konfransların iştirakçısı olub, 29-dan çox elmi məqalə, tədris-metodiki vəsaitlərin müəllifidir.

Ailəlidir.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.