Dos. Hacıyev Rövşən Mustafa oğlu

Avtomatika, telekommunikasiya və informatika

Dekan, t.e.d.

(+994 22) 268 63 02

r.hajiyev@atu.edu.az

Hacıyev Rövşən Mustafa oğlu 26 mart 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1976-cı ildə 39 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə qəbul olub. 

 

1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Kirovabad İstilik Elektrik Mərkəzində əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda aspirantura təhsilinə başlayıb. 1992-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

 

1987-ci ildən Azərbaycan Texnologiya İnstitutunda fəaliyyət göstərir. 2006-ci ilin oktyabrından Azərbaycan Texnologiya Universitetinin İnformatika və Telekommunikasiya kafedrasında baş müəllim, 2010-cu ildən Avtomatika və idarəetmə kafedrasının müdiri vəzifəsində çalışıb. 2022-cı ildən Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanıdır.