Qiyabi və əlavə təhsil sektoru

Abbasov İrşad Mehralı oğlu

Müdir

(+994 22) 2686098

i.abbasov@atu.edu.az

Qiyabi və əlavə təhsil sektorunun funksiyaları

 

1. “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2010-cu il tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili qaydaları”na və 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası"na əsasən şöbə tərəfindən ali təhsil pilləsinin bakalavriat səviyyəsində və yenidənhazırlanma təhsilində əlavə təhsilalma forması təşkil olunur;

2. Sektorda tədris qiyabi təhsilalma formasında təşkil edilir;

3. Sektorda təşkil olunan qiyabi təhsilalma forması ali təhsil pilləsinin bakalavr səviyyəsini əhatə edir;

4. Sektorda qiyabi təhsilalma forması hər il ATU tərəfindən müəyyənləşdirilən ixtisas qrupları üzrə təhsil qanunvericiliyinə müvafiq qaydada təşkil olunur;

5. Sektorda tədris əlavə təhsil formasında təşkil edilir;

6. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır;

7. “Təhsil haqqında Azərbaycan Respublikası Qanun”unda əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir;

8. Sektorda əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri üzrə təşkil olunur;

9. Sektorda ixtisasartırma təhsili təşkil edilir;

10. İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla ali orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür;

11. İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir;

12. Sektorda ixtisasartırma təhsili əyani və əlavə təhsilalma formalarında həyata keçirilir;

13. Sektorda kadrların yenidənhazırlanma təhsili təşkil edilir;

14. Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir;

15. Yenidənhazırlanma təhsili aşağıda göstərilən hallara uyğun kadrların hazırlanması tələbatı yarandıqda, müvafiq proqramlar əsasında həyata keçirilir:

- peşə-ixtisas təhsilində yeni ixtisaslar üzrə mütəxəssis hazırlığına başlandıqda, bu ixtisaslar üzrə təhsilverənlərin yenidən hazırlanması;

- ilkin kadr hazırlığı kifayət etməyən ixtisaslar üzrə yenidən hazırlanma;

- müəyyən müddət işləmiş qeyri-ixtisas təhsilli kadrların işlədiyi ixtisas üzrə yenidən hazırlanması;

- sahənin təşkili və idarə olunması üzrə kadrların yenidən hazırlanması;

16. Yenidən hazırlanmaya icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək üçün tələb olunan baza ixtisaslarının siyahısı hər il şöbə tərəfindən müəyyənləşdirilir və təsdiq edilir;

17. Sektorda yenidənhazırlanma təhsilinə qəbul kadrların müraciəti və ya onların işlədikləri müəssisənin sifarişi əsasında aparılır;

18. Yenidənhazırlanma təhsilinin təşkili, ixtisaslar və qəbul qaydaları barədə şöbə tərəfindən kütləvi informasiya vasitələrində elan verilir;

19. Hər tədris ili üçün sektorda yenidənhazırlanma təhsilinin tədris məşğələlərinin başlanma vaxtı barədə ATU-nun rektoru tərəfindən əmr verilir;

20. Sektorda yenidənhazırlanmaya icazə verilmiş ixtisaslar üzrə müsahibə proqramları hazırlanır və yenidənhazırlanmaya dinləyici qəbulu bu proqramlar əsasında ATU-nun rektorunun əmri ilə yaradılmış müsahibə komissiyası tərəfindən həyata keçirilir;

21. Yenidənhazırlanma təhsilinə qəbul haqqında müsahibə komissiyasının qərarı ATU-nun rektoru tərəfindən əmrləşdirilir;

22. Yenidənhazırlanma proqramlarında təhsil tədris planları əsasında minimum 60 kredit həcmində reallaşdırılır;

23. Sektorda mütəxəssislərin yenidən hazırlanmasında müxtəlif tədris formalarından (mühazirə, seminar, müstəqil işlər, fərdi və qrup üzrə məsləhətlər, tədris ekskursiyaları, referatların hazırlanması və qiymətləndirilməsi, biliklərin test üsulu ilə yoxlanması, pedaqoji təcrübə və s.) istifadə olunur;

24. Tədris prosesində yeni təlim texnologiyaları, interaktiv təlim metodları, informasiya və kommunikasiya texnologiyaları tətbiq edilir;

25. Tədrisin təşkilinə ATU-nun ştatlı müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrindən və təşkilatlardan mütəxəssislər dəvət oluna bilər;

26. Tədris proqramı tam yerinə yetirildikdən sonra şöbə tərəfindən yekun dövlət attestasiyası təşkil olunur;

27. Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə vahid formada dövlət sənədi - diplom verilir;

28. Yenidənhazırlanma haqqında vahid diplom blankları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən şöbənin sifarişi əsasında verilir;

29. Hər tədris ilinin sonunda şöbə tərəfindən yenidənhazırlanma təhsilinin yekunları və diplomların verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə hesabat təqdim edilir;

30. Sektorda yenidənhazırlanma təhsili ödənişli əsaslarda təşkil olunur;

31. İxtisas proqramları üzrə təhsil haqqının miqdarı ATU-nun rəhbərliyi tərəfindən müəyyən edilir və yenidənhazırlanma dinləyiciləri tərəfindən ixtisas proqramlarına qeydiyyat zamanı tam şəkildə ödənilir;

32. Təhsilalanların fasiləsiz təhsil almasını, daim yenilənən müasir standartlara uyğun gələn biliklərə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq, cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq məqsədilə sektorda müxtəlif sahələr üzrə sertifikat proqramları, hazırlıq kursları və treyninqlər təşkil edilir;

33. Təşkil olunan sertifikat proqramlarının, hazırlıq kurslarının və treyninqlərin istiqamətləri, məzmunu, müddətləri, tədris prosesinin təşkili, təhsil haqqının miqdarı və ödəniş qaydaları ATU-nun rəhbərliyinin razılığı əsasında şöbə tərəfindən müəyyənləşdirilir.

 

Əməkdaşlar:

1. İrşad Mehralı oğlu Abbasov -müdir v.m.i.e
2. Günay Malik qızı Əliyeva -mütəxəssis
3. Rəmziyyə İbrahim qızı Məsimova -operator
4. Rəşidə Hüseyin qızı Bayramova -tyutor
5. Fatma Azər qızı Sadıxova -tyutor
6. Aytən Azər qızı Məmmədova -tyutor
7. Ağamalı Cəfər oğlu Məmmədov -tyutor