İrşad Mehralı oğlu Abbasov, 26 mart 1955-cü ildə Göyçə mahalının Böyük Məzrə kəndində anadan olub. Orta təhsilini 1962-1972-cu illərdə Böyük Məzrə kənd orta məktəbində almış, 1972-ci ildə bu məktəbi qızıl medalla bitirmişdir. 1976 –cı ildə Özbəkistan SSR-rinin paytaxtı Daşkənd şəhərində Politexnik İnstitunun kimya texnologiya fakultəsinə daxil olaraq, oranı fərqləmə diplomu ilə bitirmişdir. 1986 –ci ildə AEA-nın aspiranturasına daxil olmuş, 1992-ci ildə disertasiya müdafiyə edərək kimya elmlər namizədi elmi adını almışdır. Əmək fəaliyyətinə 1981-ci ildə SSSRİ Sənaye Tikinti Nazirliyinin tikinti trestində tikinti laboratoriyasının müdiri vəzifəsində başlamış. 1984-cü idə Azərbaycan Texnologiya İnstitunun “Üzvü kimya” kafedrasında baş laborant olaraq işləmiş. 1990-92-ci illərdə Gəncə Pedeqoju İnstitunda rektor köməkçisi, 1992-94-cü illərdə isə müəllim kimi fəaliyyət göstərmişdir. 2004-cü idən 2013-cü ilədək AMEA Gəncə Regional Elmi Mərkəzdə laboratoriya müdiri sonra isə elmi işlər üzrə direktor müavini, 2013-cü ildən 2018-ci ilədək Ekologiya və Təbi Sərvətlər Nazirliyi, Gorçay Dövlət Təbiət Qoruğunun direktoru, 2018-2022-ci illərdə Azərbaycan Təhsil Nazirliyi Göyçay Dövlət İdarəetmə və Texnoligiya Kollecinin direktoru işləmişdir. Hal-hazırda Azərbaycan Texnologiya Univesitetində qiyabi təhsil sektorunun müdiri və 0.5 ştat “Ətraf Mühitin Mühafizəsi Kafedrasının” dosenti kimi fəaliyyət göstərir. Ailəlidir; həyat yoldaşı Gəncə şəhəri 31 saylı tam orta məktəbdə müəllimə işləyir, iki oğul evladı var. YAP-ın üzvüdür.