Keyfiyyətin təminatı və audit şöbəsi

Əliyev Mətləb Oqtay oğlu

Keyfiyyət Təminatı və Audit şöbəsinin müdiri v.m.i.e

(+994 22) 268 29 75

m.aliyev@atu.edu.az

Keyfiyyətin təminatı və audit şöbəsinin funksiyaları:

 

1. Universitetin bütün fəaliyyətlərinə tətbiq edilən, Universitetin Strateji İnkişaf planına və onun məqsədlərinə, davamlı inkişafına xidmət edən və ictimaiyyət üçün açıq olan keyfiyyət təminatı siyasətinin hazırlanması və bütün heyətin bu haqda məlumatlandırılması.

2. Universitetdə keyfiyyət mədəniyyətinin formalaşdırılmasına nail olmaq.

3. Struktur bölmələri, professor-müəllim heyəti və təhsilalanlar arasında qarşılıqlı sağlam münasibətin qurulmasına dəstək vermək.

4. Təhsil proqramları və tədris-metodik təminatın hazırlanması, təsdiq olunması və dövri olaraq monitorinqi üçün prosedurların-qaydaların hazırlanmasına və onun düzgün icrasına nəzarət etmək.

5. Tələbəyönümlü təhsil, tədris və qiymətləndirmə sistemi haqqında bütün akademik heyəti və təhsilalanları məlumatlandırmaq, bu sistemin Universitetdə tətbiq edilməsini təmin etmək və bu istiqamətdə aparılan işlərə nəzarət etmək.

6. Tələbələrin universitetə qəbulu qaydalarının hazırlanmasına, keyfiyyətli təhsil almaları üçün münbit şəraitin yaradılmasına, diplomların tanınması və tələbələrin mobilliyinin artırılması istiqamətində aparılan işlərə və attestasiya qaydalarının hazırlanaraq öncədən elan edilməsinə nəzarət etmək.

7. Professor-müəllim heyətinin peşəkar inkişafını təmin etmək məqsədilə onlar üçün Karyera İnkişaf Proqramlarının yaradılması və bu proqramların dövri olaraq icrasına, eyni zamanda onların tədqiqat fəaliyyətinə və innovativ fəaliyyətə həvəsləndirilməsinə nəzarət.

8. Tələbələrin tədris imkanlarını genişləndirən və onların xidmətinə verilən tədris resurslarının və tələbə dəstək sisteminin fəaliyyətinin gücləndirilməsinə və onların tələbələr üçün əlçatanlığının təmin edilməsinə nəzarət.

9. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün davamlı olaraq faktları və məlumatları toplamaq, təhlil etmək və müvafiq bölmələrə ötürülməsini təmin etmək.

10. Akademik və inzibati strukur vahidlərinin fəaliyyətini qiymətləndirmək üçün müvafiq göstəricilər sistemini yaratmaq və qiymətləndirmə meyarlarını müəyyənləşdirmək.

11. Universitetin bütün fəaliyyətləri haqqında dəqiq, düzgün məlumatların hazırlanmasına, bu məlumatların ictimaiyyət üçün açıqlığının təmin edilməsinə və yayılmasına nəzarət.

12. Dövri olaraq özünüqiymətləndirmənin aparılmasını və keyfiyyət təminatı standartlarına əməl edilməsini təmin etmək.

13. Universitetin struktur vahidlərinə keyfiyyət təminatı ilə əlaqədar zəruri məsləhətlər vermək və dəstəkləmək.

14. Akademik keyfiyyət, özünüqiymətləndirmə və akkreditasiya sahəsində seminarlar, görüşlər, təqdimatlar təşkil etməklə, bu sahədə müvafiq təcrübə formalaşdırmaq.

 

ƏMƏKDAŞLAR:

1. Mətləb Oqtay oğlu Əliyev - müdir

2. Gülnaz Məhərrəm qızı Hüseynova – aparıcı mütəxəssis

3. Qədir İlham oğlu Novruzov – mütəxəssis

4. Oqtay Elşən oğlu Babayev – mütəxəssis

5. Gülşən Siyavuş qızı Kamalova – mütəxəssis

6. Vəfa Zahir qızı Abbasova – inzibati köməkçi