Arzu Taryel oğlu Əsgərov 14.08.1996-cı ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2013-cüildə Mübariz Fərmanov adına tam orta məktəbi əla qiymətlərlə bitirib.
2013-cüildə Azərbaycan Texnologiya Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavr, 2019-cu ildə isə regional idarəetmə ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Həmçinin mübadilə proqramı ilə Türkiyənin Qaradəniz Texniki Universitetində təhsil alaraq “Student Certificate of Attendance”, “Dijital Ekonomi Zirvesi 19” sertifikatlarına layiq görülüb.
2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin İnzibati idarəetmə və kommersiya kafedrasındaassistent vəzifəsində fəaliyyətə başlayıb. 2023-cü ilin yanvar ayından Elektron xidmətlərin təşkili və informasiya mərkəzinin direktoru vəzifəsinə təyin edilib. 2026-cı il mart ayından Keyfiyyətin təminatı şöbəsinə müdir təyin edilib.