Dos. Əliyev Şakir Hüseynqulu oğlu

Yüngül sənaye mühəndisliyi və logistika

Dekan

(+994 22) 268 07 09

sh.eliyev@atu.edu.az

Əliyev Şakir Hüseynqulu oğlu 1967-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1984-cü ildə Azərbaycan Politexnik İnstitutunun (Azərbaycan Texniki Universiteti) maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisasına qəbul olub, 1991-ci ildə isə məzun olub. 1985/1987-ci illərdə müddətli həqiqi hərbi xidmət keçib.

 

1991-ci il sentyabrın 16-da Azərbaycan Texnologiya İnstitutunun Materiallar müqaviməti kafedrasında laborant kimi fəaliyyətə başlayıb, 1991-ci ilin noyabr ayından baş laborant, 1995-ci ildən assistent, 2001-ci ildə baş müəllim vəzifələrində  çalışıb. 2003-cü ildən isə universitetdə yeni yaradılmış Maşınqayırma texnologiyası kafedrasında baş müəllim vəzifəsinə, 2012-ci ildən isə hazırda fəaliyyət göstərdiyi Maşın mühəndisliyi və logistika kafedrasına dosent əvəzi təyin olunub. 25 yanvar 2008-ci ildə Azərbaycan İnşaat və Memarlıq Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasında “Gərilmə ilə birləşdirilmiş quraşıq konstruksiya elementlərinin möhkəmliyə hesabı” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə texnika üzrə fəlsəfə doktoru  dərəcəsinə və 2013-cü ildə dosent elmi adına layiq görülüb. 2011/2017-ci illərdə universitet Elmi Şurasının Elmi katibi vəzifəsində çalışıb.

 

2020/2024-cü illərdə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri vəzifəsində çalışıb. 2024-cü ilin 14 fevral tarixindən isə Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanıdır.

 

2014/2019-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin elmlər doktoru proqramı üzrə qiyabi doktorantura təhsili alıb. Dissertasiya işini yekunlaşdıraraq və ilkin müdafiəni edərək sənədlərini baxılması üçün AAK-a təqdim edib.