Beynəlmilləşmə siyasətimiz

Azərbaycan Texnologiya Universitetinin beynəlmilləşmə və beynəlxalq rəqabətliliyinin təmin edilməsinin əasa hədəfi universitet tərəfindəndən qəbul edilmiş strateji planın hədəflərinə nail olmağa dəstək verməkdir.  Fəaliyyətin əsas istiqaməti universitetin bütün fakültələrinin, kafedra və şöbələrinin beynəlxalq fəaliyyətini tənzimlənməsinin, ATU-nun və onun fakültələrini beynəlxalq auditoriyada təbliğinin və universitetin beynəlxalq fəaliyyətini artırmasını təşkil edir.

Hədəflər:

*  Səfərlər, tədbirlər və konfranslar vasitəsilə Azərbaycan Texnologiya Universitetinin beynəlxalq profilinin təkmilləşdirilməsi

*  Yeni proqramların və təşəbbüslərin dəstəklənməsi

*  Tələbə və müəllim-professor heyətinin mobilliyinin təmin edilməsi

*  Yerli və beynəlxalq proqramları araşdırmaqla universitetin beynəlmiləlləşməsində fəal iştirak

*  Fakültə və şöbələrin güclü beynəlxalq tərəfdaşlıqlarının qurulmasını asanlaşdırmaq

*  Beynəlxalq universitet və dövlət orqanlarının nümayəndələrinin ziyarətinə ev sahibliyi edilməsi

*  Universitetin inkişafı üçün digər universitet ofisləri ilə əməkdaşlığın qurulması

*  Əcnəbi tələbələrin universitetə cəlb edilməsi və qəbulu

*  Hazırlıq Kursunun təşkili

*  Universitetə beynəlxalq layihələrin cəlbi

Universitet daxilində beynəlmiləlləşmənin təmin olunmasını rəhbərlik Beynəlxalq əməkdaşlıq şöbəsi  başda olmaqla, universitetin bütün struktur bölmələri, habelə müəllim-tələbə və tədris-yardımçı heyətinin, o cümlədən işəgötürənlər, əmək bazarının nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirir.

Azərbaycan Texnologiya Universitetinin  Beynəlmilliləşmə siyasətinə əasasən yeni əməkdaşlıqların qurulması, mövcud əməkdaşlıqların genişləndirilməsi, ikili diplom proqram siyasəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində aparılır (ətraflı: https://e-qanun.az/framework/40711).

Univeristedə ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili, müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması, tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili prioritet məsələlərdəndir. Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Texnologiya Universitetində əmək fəaliyyətinə və kurikulumların yenilənməsi işinə cəlb edilməsi, inkişaf göstəricilərinin beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılması,  təlim-tədris prosesində iştirak edəcək əcnəbi-professor müəllim heyətinin fəaliyyətinin təşkili və s. işlər əsas qarşıya qoyulmuş hədəflərdir. 

Universitetin beynəlmilləşməsi istiqamətində əcnəbi tələbələrin cəlbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq  edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” əsasında həyata keçirilir. ATU-nun Avropanın Erasmus+ və digər beynəlxalq proqramlarında iştirakının təmin edilməsi universitetin beynəlmiləşməsinə birbaşa təsir edəcək ən mühüm amillərdəndir. Ona görə də bu sahədə fəaliyyətin genişləndirilməsi, mübadilə iştirakçılarının sayının artırılması vacib hesab olunur. 

Universitetin və Beynəlxalq əməkdaşlıq şöbəsinin vacib saydığı əsas fəaliyyətlərdən biri də, ictimaiyyətə açıqlıq və mübadilə proqramlarının hər kəs üçün əlçatan olmasıdır. Universitetin rəsmi elektron səhifəsi (www.atu.edu.az) və sosial şəbəkələrdə (“facebook”, “instagram”) fəaliyyət göstərən “ATU” səhifəsi mütəmadi olaraq universitetdə baş verən bütün tədris və ictimai proseslərdə olan yenilikləri özündə əks etdirir.