Həsən Sakit oğlu Hüseynov, 07.11.1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2003-cü ildə Ə.Cavad adına 2 saylı tam orta məktəbə daxil olub, 2012-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Gəncə şəhər 3 saylı Peşə liseyinin “Turizm Agenti” ixtisasına daxil olub, 2015-ci ildə bitirmişdir.2021-ci ildə Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına qəbul olmuşdur. Kollecdə təhsil aldığı müddətdə Tələbə Gənclər Təşkilatının fəallarından olmuşdur. 2021-2022-ci illərdə Gəncə Dövlət Milli Dram Teatrının yardımçı aktyor heyətində aktyor vəzifəsində çalışmışdır.2022-2024-cü illərdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Təsərrüfat müdiri vəzifəsində çalışmışdır. 2024-cü ildə Azərbaycan Texnalogiya Universitetinin “Nəqliyyat Mühəndisliyi” ixtisasına qəbul olub. Hal-hazırda həmin universitetin birinci kurs tələbəsidir.2024-cü ildə keçirilən Tələbə Gənclər Təşkilatının sədr seçkilərində namizəd olmuşdur. Seçkilərdə səslərin çox hissəsini qazanaraq sədr vəzifəsinə seçilmişdir.Hazırda Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədr vəzifəsini icra edir.