Təcrübə və kareyra sektoru

“Karyera və təcrübə” sektoru “Tədrisin təşkili və idarə edilməsi” şöbəsinin tərkibində 24.04.2024-cü ildə yaradılıb.

Sektor öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, ATU-nun Nizamnaməsi və “Tədrisin təşkili və idarə edilməsi” şöbəsinin Əsasnaməsi əsasında tənzimləyir.

“Karyera və təcrübə” sektoru öz fəaliyyətini həyata keçirərkən ATU-nun digər struktur vahidləri, dövlət və özəl müəssisələr, idarə və təşkilatlarla qarşılıqlı əməkdaşlıq edir.

Sektor zəruri olan müxtəlif sahələrə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edilməsi, məzun olan tələbələr haqqında məlumatların toplanması, müəssisələrin kadr protesialı ilə təmin edilməsində dəstəyin göstərilməsi, tələbələrə karyera məsləhətlərinin verilməsi, ixtisaslı kadrlar tərəfindən tələbələr üçün təlimlərin, seminarların təşkil edilməsi, məzunların müəssisələrdə olan təcrübə proqramlarına cəlb edilməsi, hər il məzunlar üçün əmək yarmarkasının keçirilməsi, ATU-nun tədris proqramlarına uyğun olaraq müxtəlif təcrübə yönümlü obyektlərdə istehsalat təcrübəsinin təşkil edilməsi, beynəlxalq təcrübəyə uyğun olaraq tədrisin, elmin və istehsalatın əlaqələndirilməsinin təmin edilməsi işini təşkil edir.

Sektorun fəaliyyətinin digər istiqaməti, sənayelərdən nümayəndələrin və ATU məzunlarının universitetə dəvət edilməsi, tələbələrlə müxtəlif görüşlərin təşkil olunmasından ibarətdir.

Azərbaycan Texnologiya Universitetinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrinin təcrübə keçmələri “Karyera və təcrübə” sektoru tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsi qaydası”na əsasən planlaşdırılır və təşkil edilir. Hazırda Sektorun Respublikada fəaliyyət göstərən 100-ə yaxın müəssisə ilə təcrübə yönümlü əməkdaşlıq əlaqələri mövcuddur. Mövcud əməkdaşlıq əlaqələri çərçivəsində Universitetin sonuncu kurs bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri, həmin müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübələri keçir. İstehsalat təcrübəsi müddətində tələbələrin tədris boyu yiyələndiyi nəzəri bilikləri təcrübədə tətbiq etmələri onların gələcək iş həyatlarında çox böyük rol oynayır.

Sektorun əsas vəzifələrindən biri istehsalat təcrübəsinin gedişatını izləmək və yaranan problemləri aradan qaldırmaqdır.

Universitetin qarşısında duran mühüm məqsədlərdən  biri də gələcəkdə dövlətimizin iqtisadi inkişafında vacib yer tutan mühəndislik sahələri, eləcədə də İqtisadiyyat, İT, Şərabçılıq, Ekologiya, Turizm və digər sahələr üçün də savadlı, bacarıqlı gənc mütəxəssislər yetişdirməkdir. Bu baxımdan universitetimizi bitirən tələbə və məzunların gələcək karyeralarını qurmalarına dəstək olmaq universitetimiz üçün ən vacib məqamlardan biridir. Bu istiqamətdə yaradılmış “Karyera və təcrübə” sektoru tələbələrin və məzunların birinci dəstəkçisidir.

“Karyera və təcrübə” sektorunda universiteti bitirmiş tələbələr haqqında “Məzun məlumat bazası”, eləcə də tələbə və məzunların CV bazası mövcuddur.

Sektorda məzun və tələbələrin iş axtarışına dəstək olmaq üçün müxtəlif sahələrdə fəaliyyət göstərən ən qabaqcıl müəssisələrlə əlaqə yaradılaraq, tələbələrin müsahibələrdə iştirakları üçün şərait yaradılır.