Qida mühəndisliyi və şərabçılıq kafedrasının müdiri
(+994 22) 268 42 02
e.nebiyev@atu.edu.az
17 sentyabr 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Kənd TəsərrüfatıİnstitutununMeyvə-tərəvəz və üzümçülük fakültəsinin şərabçılığın texnologiyası ixtisasını fərqlənmə diplomu ilə bitirib, sonra təhsilini həmin institutda aspirantura təhsil səviyyəsində davam etdirib. Aspirantura müddətində elmi-tədqiqat işini yerinə yetirmək məqsədilə keçmiş SSRİ Elmlər Akademiyasının Moskva şəhərindəki A.N.Bax adına Biokimya və Krım vilayətininYalta şəhərində yerləşən Maqaraç Üzümçülük və şərabçılıqİnstitutuna ezam edilib.
1983-cü ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adına layiq görülüb. 1986-cı ildə dosent, 1995-ci ildə isə professor vəzifəsinə seçilib. 1984-1990 -cı illərdə Azərbaycan Texnologiya İnstitunun Yeyinti istehsalı texnologiyası fakültəsinin dekan müavini, 1991-1996 -cı illərdə Biokimya kafedrasının müdiri, 1997-2005 -ci illərdə Azərbaycan Texnologiya Universitetinin Qida məhsullarının texnologiyası fakültəsinin dekanı vəzifəsində çalışıb. Hazırda ATU-nun Qida mühəndisliyi və şərabçılıq kafedrasının müdiri vəzifəsində çalışır. Qida məhsullarının biokimyası və texnologiyası sahəsində 400-ə yaxın elmi əsərin, bir neçə patentin, 10-dan çox metodik göstərişin, 5 dərs vəsaitinin, 5 dərsliyin müəllifidir. Rəhbərliyi ilə 20-dən çox doktorant fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 30-dan artıq fəlsəfə və elmlər doktorluq dissertasiyalarının müdafiəsində opponent olub. Çox sayda dərsliklərin və dərs vəsaitlərinin elmi redaktorudur.
2011-2015 -ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı sahələri üzrə ekspert şurasının üzvü olub. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.