Cəfərov Məntiq Bahadur oğlu

Ümumi və tətbiqi fizika kafedrasının müdiri

(+994 22) 268 61 41

mantiq.ceferov@atu.edu.az

Cəfərov Məntiq Bahadur oğlu 1954-cü ildə ziyalı ailəsində anadan olub. 1970-ci ildə Gəncə Dövlət Universitetinin Fizika–riyaziyyat fakültəsinin fizika ixtisasını bitirib.

 

1970–1979-cu illərdə müxtəlif orta məktəblərdə fizika müəllimi işləyib. 1979–2004-cü illərdə Azərbaycan Texnologiya Universitetinin (ATU) Fizika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, dosent vəzifələrində çalışıb. 2004–2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Fizika və riyaziyyat kafedrasında dosent, professor vəzifələrində çalışıb. 

 

2013–2014-cü ildə ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib. 2014–2017-ci illərdə ADAU-da Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri, 2017–2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin sektor müdiri, eyni zamanda Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb. 2018-ci ildən ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiridir.

 

153 elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə 2 nəfər fizika üzrə fəlsəfə doktoru yetişdirib. 2010-cu ildə “Tərəqqi" medalı ilə təltif olunub. 1990-cı ildə elmlər namizədi, 2011-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib. Fizika elmlər doktoru, professordur. Məntiq Cəfərov universitetin tədris və elmi fəaliyyətində aktiv iştirak edir. Universitet Elmi Şurasının üzvüdür. Ailəlidir, iki övladı, dörd nəvəsi var.