Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri
(+994 22) 268-51-45
s.verdiyev@atu.edu.az
Sakit Qambay oğlu Verdiyev 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1962/1967-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Elektrikləşdirmə fakültəsində ali təhsil alıb. 1968-ci ildə Moskvada aspirantura təhsilinə başlayıb. 1973-cü ildə dissertasiya işini müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi alıb.
1972-ci ildə Ç.İldırım adına Politexnik İnstitutunun Kirovobad filialında laboratoriya müdiri vəzifəsində, 1975-ci ildə assistent, 1978-ci ildən isə dosent vəzifəsində çalışıb.
1986-cı ildə doktorluq dissertasiyasını müdafiə etmək məqsədi ilə 3 illik D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunun akademik V.V.Kafarovun rəhbərlik etdiyi Kibernetika kafedrasına ezam edilib. 1989-cu ildə Moskva Kimya Texnologiyası İnstitutunun ixtisaslaşdırılmış D-053.34.08 saylı Elmi Şurasında “Bitki mənşəli xammalın emal proseslərinin sistemli analizin prinsipləri” adlı dissertasiya işini müdafiə edərək 05.17.08 və 05.18.07 şifrləri ilə texniki elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Beləliklə də Azərbaycandaqıcqırtma prosseslərinin, alkoqollu və alkoqolsuz içkilərin texnologiyası (şərabçılığın texnologiyası daxil olmaqla) üzrə ilk elmlər doktoru olub. 1991-ci ildən professor elmi adına layiq görülüb. 2005-ci ildən bugünədək kafedra müdiri vəzifəsində çalışır.
Beynəlxalq Sistemli Tədqiqatlar Akademiyasının Akademiki, İASS-ın Azərbaycan Mərkəzinin rəhbəridir.