Hümbətov Yusif Əbülfət oğlu

Kafedra müdiri, dosent

y.humbetov@atu.edu.az

Hümbətov Yusif Əbülfət oğlu, 01 Yanvar 1964-cü ildə Xanlar rayonu ( hazırda Samux rayonu) Sərkar kəndində anadan olub. Orta təhsilini 1971-1981- ci illərdə Samux rayonu Nizami adına Sərkar kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra 1981- cı ildə Azərbaycan Texnologiya İnstitutunun Yeyinti istehsalının maşın və aparatları ixtisasına qəbul olub. 1986-cı ildə həmin təhsil müəssisəsində ali təhsilini müvəfəqiyyətlə bitirib. 1986-88-ci illərdə Moskva vilayətinin Solneçnoqorsk şəhərində 1,5 (il yarım) müddətli hərbi xidmətini yerinə yetirib.

Əmək fəaliyyətinə 1986-cı ildə təyinatla Azərbaycan Respublikası Quba rayonunda Konserv zavodunda mexanik  kimi fəaliyyətə başlayıb. 1991-ci ildən Təhsil sahəsində çalışır. 1991-1997-ci illərdə Gəncə Yüngül Sənaye Texnikumunda laborant, müəllim, baş müəllim vəzifələrində, 1997-ci iyun ayından 2012-ci ilin dekabrına kimi Gəncə Hümanitar Kollecində (Gəncədə mövcud 5 texnikumum birləşməsi nəticəsində yaranan) iqtisadiyyat fənn müəllimi, şöbə müdiri, tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

25 aprel 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyyasının İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən D.01.181 dissertasiya şurasında “Səhmdar cəmiyyətlərin inkişafının təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi (yeyinti sənayesi timsalında) “ mövzusunda 08.00.05 - “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi )” ixtisası üzrə dissertasiya müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya komissiyasının  04.01.2010-cu il tarixli qərarı ilə iqtisad üzrə fəlsəfə doktorudur.

2010-cu ilin sentyabrından əvəzçiliklə Azərbaycan Texnologiya Universitetinin “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” kafedrasında baş müəllim, 2013-ci ilin fevral ayından tam ştat vahidi ilə həmin kafedrada dosent əvəzi vəzifələrində çalışıb.16.01.2014-cü il tarixli Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının qərarına əsasən  “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti elmi adına layiq görülüb.  18.04.2016-ci ildə müsabiqə yolu ilə həmin kafedraya müdir vəzifəsinə seçilib.

2013-cü ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda elmlər doktorluğu istiqamətində doktoranturaya qəbul olub. 23.02.2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən müdafiə Şurasında doktorluq  dissertasiyanı müdafiə edərək iqtisad elmləri üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyasının 17.01.2023-cü il tarixli qərarı ilə iqtisad üzrə elmlər doktorudur.

2016-2020-ci illərdə Azərbaycan Texnologiya Universitetinin  “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin “Turizm sənayesinin təşkili” kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərməklə yanaşı, bakalavr və magistr pillələrində  fənnlərin tədrisi ilə baglı problemlərin müəyyənləşdirilməsi və təhlil olunması istiqamətində elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Həmçinin iqtisadiyyat istiqamətində elmi dərəcəli kadrların hazırlanmasında fəal iştirak edir. Bu istiqamətdə təhsil alan doktorant və dissertantlara elmi rəhbərlik edir.

100-dən çox elmi əsərin (beynəlxalq indeksli jurnallarda məqalə, tezis və konfrans materialları) və tədris-metodiki işin (1 dərslik, 9 dərs vəsaiti, 3 monoqrafiya, 50-ə yaxın fənn proqamın)  müəllifidir. 

YAP-ın üzvüdür. 

Ailəlidir, üç ovladı var.