Urkayev Məmməd Hacıyov oğlu 1980–ci ildə “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” fakültəsinin “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisasının əyani şöbəsini bitirmişdir.
Dosent əvəzi Urkayev Məmməd Hacıyov oğlu 1981 – 1982–ci illərdə Balakən rayonu M.Qorki adına kolxozda sıravi kolxozçu, 1982 – 1994-cü illərdə Gəncə şəhərində 2 saylı ANK –da iqtisadçı vəzifəsində, 1994 – 2000–ci illərdə RF İdarəetmə, Biznes və Hüquq İnstitutunun Gəncə filialında direktor müavini, daha sonra isə filialın direktoru vəzifəsində işləmişdir. 2001-ci ildən hazırki dövrə qədər Azərbaycan Texnologiya Universitetinin “İstehsalın təşkili və Marketinq” kafedrasında dosent əvəzi, sonradan isə “Marketinq” kafedrasında dosent vəzifəsində çalışmışdır. 2017-ci ildən hal-hazıra kimi “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə iddiaçının respublikanın müxtəlif elmi jurnallarında məqalələri çap olunmuşdur.
Kafedranın, fakültənin, universitetin elmi və ictimai həyatında fəal iştirak edir. “Marketinq” kafedrasında yerinə yetirilən elmi–tədqiqat işlərinin aktiv icraçısıdır.
Kafedra və unversitet əməkdaşları ilə münasibətdə diqqətli və məsuliyyətlidir.
Elmi pedoqoji potensialını daima artırmaq üçün yeni ədəbiyyatlarla və İnternet nəşrləri ilə mütəmadi tanış olur, yeni tədris materialı və dövlət standartlarına uyğun fənn proqramlarının hazırlanmasında əldə olunmuş biliklərdən səmərəli istifadə edir.
İddiaçı bir dərs vəsaitinin, bir metodiki göstərişin, monoqrafiyanın müəllifidir. O, ümumilikdə 61 elmi və tədris–metodiki işlərin müəllifidir.
M.H.Urkayev işinə məsuliyyətlə yanaşan, nizam–intizamlı, mühazirə və seminar məşğələlərini yüksək səviyyədə tədris etməyi bacaran peşəkar müəllimdir. Universitetin professor–müəllim heyəti və xüsusilə də tələbələr arasında böyük nüfuza malikdir. Onun pedoqoji səriştəsi, ünsiyyət mədəniyyəti, nəzəri və praktiki biliyi yüksək səviyyədədir.
M.H.Urkayev öz ixtisas biliyini, dünya görünüşünü və siyasi savadını artırmaq üçün daim çalışır, kafedrada aparılan elmi–tədqiqat işlərində, Universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir.