Əsgər Firdovsi oğlu Babazadə

İqtisadiyyat və idarəetmə

Dekan müavini

a.babazade@atu.edu.az

Babazadə Əsgər Firdovsi oğlu 26 aprel 1976-cı  il tarixində Salyan şəhərində ziyalı ailəsində anadan olub. 1983–1993-cü illərdə Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli orta məktəbdə təhsil alıb. 1993-cü  ildə  Azərbaycan Texnologiya Universitetinin Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi ixtisasına qəbul olub. 1997-ci ildə bakalavr, 1999-cu ildə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib. 2000–2001-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Təhsil aldığı müddətdə 1995–1999-cu illərdə Azərbaycan Texnologiya Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 1999–2007 -ci illərdə Gəncə şəhər Gənclər və İdman baş idarəsində kadrlar üzrə məsləhətçi, 2007–2014-cü illərdə Gəncə şəhər İcra Hakimiyyətində İctimai–siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində  çalışıb. II dərəcəli Dövlət qulluqçusudur. 

Əmək fəaliyyətini 2016-cı ilin noyabr ayından  Azərbaycan Texnologiya Universitetində davam etdirib. 2016–2026-cı illərdə “GRENG” servis ofisi və Logistika Təlim-Tədris laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrından İdarəetmə kafedrasının baş müəllimidir. 2026-cı ilin mart ayından İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini vəzifəsinə təyin edilib.

1 dərs vəsaitinin, 8 fənn proqramının müəllifidir. Müxtəlif mövzulu konfranslarda 18 tezislə çıxış edib, elmi jurnallarda 3 məqaləsi çap olunub.

3 övladı var, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.