Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Texnologiya Universiteti

 

Aşağıda adları göstərilən vakant olan vəzifələrin tutulması üçün

müsabiqə elan edilir:

 

- “Humanitar elmlər və multikulturalizm” kafedrası - kafedra müdiri

- “İqtisadiyyat” kafedrası - dosent

 Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 fevral 2018-ci il tarixli F-100 nömrəli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və 07 avqust 1996-cı il tarixli 401 nömrəli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

 

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.

 

 

Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103

Əlaqə telefonu:022-268-66-22

 

REKTORLUQ