İnnovasiya mərkəzi

Salayev Şamo Zülfiqar oğlu

İnnovasiya mərkəzinin direktoru

sh.salayev@atu.edu.az

İnnovasiya mərkəzinin əsas funksiyaları aşağıdakılardır:

 

1. Universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, innovasiya strategiyasının planlaşdırılmasını təmin edir. İnnovativ mühitin təşkili: universitet daxilində innovativ düşüncəyə, problem həllinə və təşəbbüskarlığa təşviq edən tədbirlər, seminarlar və təlimlər təşkil edərək innovasiya mədəniyyətinin formalaşmasına yardım etmək.

2. Tədqiqat və inkişafın dəstəklənməsi: tədqiqat xarakterli innovativ layihələrin inkişafı məqsədilə tədqiqatçılara və tələbələrə müvafiq sahələr üzrə mentorluq və təlim dəstəyini təmin etmək.

3. İntellektual mülkiyyətin idarə edilməsi: universitetdə yaranan intellektual mülkiyyətin (ideyalar, məhsullar, ixtiralar və s.) tanıdılması və komersiyalaşdırılmasına yardım etmək.

4. Startap inkubasiya və akselerasiya: tələbələr və universitetdə çalışan kadrlar tərəfindən yaradılan startaplar üçün inkubasiya və akselerasiya proqramlarının təşkili, mentorluq, iş yerlərində təcrübə proqramları və şəbəkələşməyə dəstək olunması.

5. Texnologiya transferi: universitetdən sənaye tərəfdaşlarına texnologiya və bilik transferinin həyata keçirilməsi, iqtisadi və sənaye icmaları ilə əməkdaşlığın yaradılması və birgə layihələri təşkil etmək.

6. Tədqiqatçılararası əməkdaşlıq: tələbələr, elmi heyət və tədqiqatçılar arasında multidisiplinar əməkdaşlığa dəstək olunması.

7. Sənaye icmaları ilə tərəfdaşlığa dəstək: sənaye təşkilatları ilə birlikdə tədqiqat layihələri, təcrübə proqramları və tələbələrin staj proqramları kimi birgə layihələr üçün tərəfdaşlıq qurmaq və inkişaf etdirmək.

8. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: müvafiq icazəsi olan və fəaliyyət sahəsi universitetin strategiyasına uyğun olan yerli və xarici təşkilatlarla sənaye və iqtisadi problemlərin texnoloji həllinə təşviq etmək məqsədilə texnoloji həllər üzrə layihələrin inkişafına dəstək vermək.

9. İnnovativ təhsilin formalaşdırılmasına dəstək: innovatorlara, startap sahiblərinə müvafiq ideyanın realizasiyası və idarə olunması ilə bağlı təhsil proqramları təşkil etmək.

10. Şəbəkələşmə və tədbirlər: tələbələri, universitet heyətini və xarici tərəfdaşları birləşdirən tədbirlər, startap təqdimatları, hackathonlar və innovasiya müsabiqələri təşkil etmək.

11. Maliyyələşdirmə: innovatorlara və tədqiqatçılara maliyyə dəstək mənbələri, dəstək fondları, investorlar və işə başlamaq üçün zəmanətlərin axtarılması kimi maliyyə dəstəyi təmin etmək.

12. Qiymətləndirmə və təhlil: mərkəzin proqram və tədbirlərinin universitetin inkişaf strategiyasına təsirini və effektivliyini daimi olaraq müasir metodlar əsasında qiymətləndirmək, rəylər və məlumatların təhlilinə əsaslanan yenilənən iş planı qurmaq.

13. Beynəlxalq əməkdaşlıq: beynəlxalq universitetlər, tədqiqat müəssisələri və sənaye təşkilatları ilə əməkdaşlığı təkmilləşdirmək və genişləndirmək məqsədilə tərəfdaşlıqlar və kollektiv layihələri təşkil etmək.

10. Universitetin inkişaf strategiyasına uyğun olaraq mərkəzin strateji və taktiki planlarını, habelə innovasiya strategiyasına dair müxtəlif normativ sənədləri, hesabat və məlumatları hazırlayır.

Əməkdaşlar

1. Şamo Zülfiqar oğlu Salayev – direktor

2. Aqşin Hafiz oğlu Hüseynov – mütəxəssis

3. Tural Faiq oğlu Rüstəmov – mütəxəssis