Əhmədov Elnur Zülfüqar oğlu

İnnovasiya mərkəzinin direktoru

e.ehmedov@atu.edu.az

Elnur Zülfüqar oğlu Əhmədov 29 iyul 1990-cı ildə Gəncə şəhərində anadan olub.

O, 2008-ci ildə 637 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının menecment ixtisasına qəbul olub, daha sonra təhsilini eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura səviyyəsində davam etdirib. 2023–2024-cü illərdə ABŞ-ın Virciniya ştatında yerləşən “IVY College”də ingilis dili proqramı üzrə təhsil alıb.

Elnur Əhmədov beynəlxalq təcrübəyə malikdir, müxtəlif illərdə “Unibank” ASC, “Veysəloğlu” MMC şirkətlərində müxtəlif vəzifələrdə, “X-Link”, “Syscon Azerbaijan”, ABŞ-yə məxsus “Utilities One”,  Çinə məxsus “Anhui Runke Import and Export Trade Co., LTD” şirkətlərində direktor vəzifələrində çalışıb.