İdman klubu

Elçin Zeynal oğlu Süleymanov

İdman klubunun rəhbəri

e.suleymanov@atu.edu.az

İdman klubunun əsas funksiyaları

 

Azərbaycan Texnologiya Universitetinin idman klubunda 7 idman növü üzrə həm qız, həm də oğlan tələbələrə məşqlər keçirilir. Bunlar futbol, basketbol, voleybol, şahmat, dama, stolüstü tennis və atletikadır. İdman zalında mini futbol, voleybol və basketbol meydanı ilə yanaşı bilyard otağı trenajor zalı və stolüstü tennis otağı var. İdman klubu hər il ənənəvi olaraq silsilə yarışlar təşkil edir. Müxtəlif idman növləri üzrə fakültələr arasında daxili birinciliklər təşkil olunur. Bundan başqa mini futbol üzrə hər il ənənəvi olaraq "İnkişaf kuboku" adlı Gəncə şəhər açıq çempionatı və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar olaraq kubok yarışı təşkil olunur. Fevral ayından isə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar təşkil olunan universitetlər arasında spartakiadada iştirak edilir. Bundan başqa ATU komandaları respublika səviyyəli yarışlarda iştirak edir.

 

ƏMƏKDAŞLAR:

1. Süleymanov Elçin - rəhbər

2. Kərimova İradə - mütəxəssis

3. Kərimova Məhəbbət - məşqçi müəllim

4. Məmmədova Afət - məşqçi müəllim

5. Allahverdiyev Azər - operator