27 yanvar 1976-cı ildə Gəncə şəhərində anadan olub.
2016-cı ildə Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi və idman fakültəsində bakalavr təhsili alıb.
1994-2015-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında üzgüçülük və basketbol idman növü üzrə məşqçi və baş məşqçi vəzifələrində çalışıb.
1998-2008-ci illərdə basketbol üzrə Gəncə şəhər yığma komandasının baş məşqçisi olub.
2004-2008-ci illərdə “Telekom” basketbol idman klubunun baş məşqçisi olub, hal-hazırda həmin klubun icraçı direktorudur.
2008-ci ildən Alternativ TV, daha sonra isə Türkel TV-də müxbir və idman departamentinin rəhbəri vəzifəsində çalışıb.
2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adını alıb.
2013-cü ildə Bakı Oksford məktəbinin Şəmkir filialının bətən tərbiyəsi müəllimi olub.
Beynəlxalq dərəcəli məşqçidir. 2017-ci ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Basketbol məşqçilərinin idman mübadiləsi proqramı çərçivəsində Texas ştatının bir neçə şəhərində və Vaşinqton şəhərində təlimlərdə iştirak edib. Yetirmələri dəfələrlə ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olub.