Rəqəmsal sistemlər və dəqiq elmlər

Məntiq Bahadur oğlu Cəfərov

Məntiq Bahadur oğlu Cəfərov

Kafedra müdiri

(+994 22) 268 68 06

mentiq.ceferov@atu.edu.az

Yaranma tarixi

Kafedranın əsası 1975-ci ildə yaradılmış "Fizika" kafedrası ilə qoyulmuşdur. Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 19 dekabr 2018-ci il tarixli, 3 nömrəli protokoluna əsasən kafedranın adı dəyişdirilərək "Ümumi və tətbiqi fizika" kafedrası adlandırılmışdır.

Universitet Elmi Şurasının 26 may 2026-cı il tarixli qərarına əsasən "Ümumi və tətbiqi fizika" və "Ümumi və tətbiqi riyaziyyat" kafedraları birləşdirilərək "Rəqəmsal sistemlər və dəqiq elmlər" kafedrası yaradılmışdır.

 

Tədris istiqamətləri

Kafedrada aşağıdakı istiqamətlər üzrə tədris və elmi fəaliyyət həyata keçirilmişdir:

  • Ümumi fizika
  • Tətbiqi fizika
  • Tətbiqi riyaziyyat
  • Riyazi modelləşdirmə

 

İxtisaslar

  • Elektrik və elektronika mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • Radiotexnika və telekommunikasiya mühəndisliyi

 

Tədris olunan fənlər

Fizika istiqaməti

  • Fizika
  • Fizikanın əsasları
  • Tətbiqi fizika
  • Statistik fizika və termodinamika
  • Bioloji sistemlər fizikası
  • Fiziki cihazlar və ölçmələr
  • Bərk cisimlər fizikası
  • Akustika və ultrasəs
  • Lazerlərin müasir sənaye sahələrində tətbiqi
  • Alternativ enerji texnologiyaları
  • Astronomiya, nəzəri və praktiki astrofizika
  • Elektrotexnika və elektronikanın əsasları
  • Kvant fizikası
  • Dielektriklər fizikası
  • Mayelər fizikası

Riyaziyyat istiqaməti

  • Riyaziyyat
  • Ali riyaziyyat
  • Riyaziyyat-1
  • Riyaziyyat-2
  • Riyazi analiz
  • Riyazi analiz-1
  • Riyazi analiz-2
  • Xətti cəbr və riyazi analiz
  • Xətti cəbr və analitik həndəsə
  • Xətti cəbr
  • Diferensial tənliklər
  • Kompleks analiz
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • Biznes riyaziyyatı
  • Tətbiqi riyaziyyat

 

Tədris-metodiki fəaliyyət

Kafedra əməkdaşları tərəfindən tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə dərs vəsaitləri, fənn proqramları hazırlanmış, elmi məqalə və tezislər nəşr edilmişdir.

Tədris ili

Dərs vəsaiti

Fənn proqramı

Məqalə

Tezis

2019–2020

1

15

10 (2-si impakt faktorlu jurnallarda)

6

2020–2021

1

13

8 (1-i impakt faktorlu jurnalda)

8

2021–2022

2

10

8 (1-i impakt faktorlu jurnalda)

8

2022–2023

1

16

9 (1-i impakt faktorlu jurnalda)

6

2023–2024

1

6

7 (1-i impakt faktorlu jurnalda)

27

Tədris olunan fənlər üzrə proqram və metodiki təminat tam şəkildə hazırlanmışdır.

 

Elmi-tədqiqat işləri

1. Gümüş aşqarlı xalkogenitlərdə elektrofiziki hadisələr

Mövzu: Gümüş xalkogenitlərin elektrikkeçiriciliyinin və istilik keçiriciliyinin temperaturdan asılılığının tədqiqi.

İllər üzrə tədqiqat istiqamətləri:

  • 2021 – Gümüş xalkogenitlərin elektrik keçiriciliyində defektlərin rolu;
  • 2022 – Gümüş xalkogenitlərdə elektrik hərəkət qüvvəsinin temperaturdan asılılığı;
  • 2023 – Gümüş xalkogenitlərdə Holl əmsalının tədqiqi.

Rəhbər: professor M.B. Cəfərov

Məsul icraçılar: dosent Z.S. Səmədov, baş müəllim Z.C. Xələfov

İcraçılar: baş müəllim N.V. Kazımova, laboratoriya müdiri S.İ. Hüseynova

2. Elektrik enerjisi generasiyasının müasir problemləri

Mövzu: Elektrik enerjisinin qeyri-ənənəvi üsullarla alınması, saxlanılması və itkisiz ötürülməsi texnologiyalarının tədqiqi.

İllər üzrə tədqiqat istiqamətləri:

  • 2024 – Elektrik enerjisinin generasiyasında istifadə olunan fotopanellərin və statik elektrik qurğularının tədqiqi;
  • 2025 – Elektrik enerjisinin saxlanılmasında istifadə olunan müasir texnologiyaların araşdırılması;
  • 2026 – Yüksək temperaturlu ifratkeçirici materialların tədqiqi.

Rəhbər: professor M.B. Cəfərov

Məsul icraçı: dosent Z.S. Səmədov

İcraçılar: baş müəllim Z.C. Xələfov, baş müəllim N.V. Kazımova, assistent N.F. Orucova

3. Riyaziyyat, təbiət elmləri və texnika sahəsində fundamental tədqiqatlar və innovativ texnologiyalar

İllər üzrə tədqiqat istiqamətləri:

  • 2024 – Yarımkeçirici bərk maddələrin müasir problemlərinin riyazi modelləşdirilməsi;
  • 2025 – Rəqəmsal avtomatlar nəzəriyyəsi və onların riyazi əsasları;
  • 2026 – Qeyri-səlis məntiq nəzəriyyəsi və onun müasir avtomatikada tətbiqi.

Rəhbər: dosent Hamlet Cümşüd oğlu Kəsəmənli

Məsul icraçı: dosent Kamil Mürsəl oğlu Süleymanov

İcraçılar: dosent Sadıq Tağı oğlu Mustafayev, dosent Rəna Dəmir qızı Qurbanova, laboratoriya müdiri Radə İsfəndiyar qızı Əsgərova

 

Beynəlxalq əlaqələr

Kafedra bir sıra nüfuzlu xarici ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmuşdur:

  • Sankt-Peterburq Fizika-Texnika İnstitutu
  • Sankt-Peterburq Dövlət Politexnik Universiteti
  • Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti
  • Sankt-Peterburq Dövlət Aqrar Universitetinin Fizika kafedrası
  • Sankt-Peterburq Elmi-Tədqiqat İnstitutu
  • Tver Dövlət Universiteti

 

Elmi seminarlar və tədbirlər

Kafedrada hər semestr müəllimlərin elmi seminarları təşkil olunmuş, təqdim edilən məruzələr kafedra iclaslarında müzakirə edilmişdir. Kafedra əməkdaşları universitetdə keçirilən elmi, tədris və ictimai tədbirlərdə fəal iştirak etmiş, müxtəlif layihə və təşəbbüslərə dəstək vermişlər.

 

Professor-müəllim heyəti

Kəsəmənli Hamlet Cümşüd oğlu

Dosent


Mustafayev Sadıq Tağı oğlu

Dosent


Süleymanov Kamil Mürsəl oğlu

Dosent


Qurbanova Rəna Dəmir qızı

Dosent


Həsənova Çinarə Mikayıl qızı

Assistent


Əsgərli Naciyə Qalib qızı

Assistent